Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya iki dəfə Ukrayna Hərbi Kəşfiyyatının binasına raketlərlə hücum edib...

Rusiya iki dəfə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) binasını raketlərlə vurub...

Poliqon xəbər verir ki, bu barədə The Economist nəşri məlumat yayıb. Nəşr yazır ki, raket hücumu mayın sonunda baş verib.

Məlumatda qeyd edilir ki, mayın 29-da Rusiyanın Ukrayna Hərbi Kəşfiyyatının binasına hücum cəhdi uğursuzluqla nəticələnib. Hücum zamanı ballistik və qanadlı raketlərdən, həmçinin pilotsuz təyyarələrdən istifadə olunub. Ofisə və yaxınlıqdakı avtobus dayanacağına cüzi ziyan dəyib.

Eyni zamanda, 2022-ci ilin martında ruslar ilk dəfə Kiyevin Rıbalski adasındakı GUR qərargahına hücum edib. Ora raketlər düşüb, pəncərələr qırılıb, yaxınlıqdakı binalara ziyan dəyib.

Hadisə zamanı GUR rəisi Kiril Budanovla görüş üçün gözləmə zalında gözləyən insanlar yerə yıxılıblar.

Bir neçə həftə əvvəl Rusiya mediası GUR-un binasına hücum olduğunu, nəticədə Kiril Budanovun yaralandığı iddia edib. Ardınca Kremlin ruporları Ukrayna kəşfiyyatının rəhbərinin yaralandıqdan sonra alman klinikalarından birində komada olduğu iddiası ilə çıxış edib. Onların istinad etdikləri Almaniyanın “Stern” nəşri bu xəbəri təkzib edib. İyunun 19-da Budanov "Kyiv Post" nəşrinə açıqlama verib və yaralanmadığını bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Azərbaycan və Belarus hərbi ekspertləri mühəndis-texniki təminat üzrə məsələləri müzakirə ediblər

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Azərbaycanda halal hotellər istifadəyə veriləcək - Video

NATO gələn həftədən nüvə təlimlərinə başlayır

Ən çox oxunanalar