Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mark Esper: ABŞ prezident seçilərsə, Trampa yenidən dövlət sirrini etibar etmək mümkün olmayacaq...

Pentaqonun keçmiş rəhbəri, Donald Trampın prezidentliyi dövründə ABŞ-ın müdafiə naziri olan Mark Esper keçmiş rəhbərini ABŞ-ın milli təhlükəsizliyinə təhdid adlandırıb...

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.

Esper bu yaxınlarda məxfi sənədləri gizlətməsi ilə bağlı 37 maddə üzrə ittiham olunan Trampın işini sosial mediada məxfi hərbi sənədləri yaymaqda ittiham olunan Milli Qvardiyanın əsgəri Cek Teyşeyranın işi ilə müqayisə edib.

“İnsanlar bu kimi sənədlərə gəldikdə onu xəzinədar kimi təsvir edirlər. Amma bunun icazəsiz, qanunsuz və təhlükəli olduğu aydındır”, deyə Esper bildirib.

Sabiq Pentaqon rəhbəri həmçinin məxfi sənədlərin yanlış idarə olunmasının ABŞ üçün problemlər yarada biləcəyi ssenariləri də açıqlayıb:

“Təsəvvür edin ki, bir xarici agent və ya başqa bir ölkə Amerikanın zəifliklərini və ya Birləşmiş Ştatlar ordusunun zəif tərəflərini təsvir edən sənədləri aşkar edib. Bunun münaqişədə bizə qarşı necə istifadə oluna biləcəyini, düşmənin öz əks tədbirlərini necə inkişaf etdirə biləcəyini və s. düşünmək istəmirəm. Yaxud İranın hücumu zamanı ABŞ-ın planlarının ələ keçməsinin bizim hazırlığımıza, hücumu dəf etmək qabiliyyətimizə necə təsir etdiyini düşünün”.

Esper hesab edir ki, Trampa qarşı irəli sürülən ittihamlar sübuta yetirilərsə, ABŞ prezidenti seçilərsə, ona yenidən dövlət sirrini etibar etmək mümkün olmayacaq: “Yəni demək istəyirəm ki, hərbçilərimizi, ölkəmizin təhlükəsizliyini riskə atan hərəkətlər sadəcə məsuliyyətsizlikdir”.

Tramp Esperi 2019-cu ilin iyununda müdafiə naziri təyin edib, 2020-ci ilin noyabrında isə işdən çıxarıb.

İyunun 8-də Mayamidə federal böyük münsiflər heyətinin Trampı məxfi sənədlərin təhqiqatı ilə əlaqədar ittiham edərək, onu federal cinayətlərdə, o cümlədən milli təhlükəsizlik sənədlərini qanunsuz saxlamaqda və ədalət mühakiməsinə mane olmaq üçün sui-qəsddə ittiham etdiyi bildirilir. Tramp “tamamilə günahsız” olduğunu bildirib və işi şantaj adlandırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Ən çox oxunanalar