Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DTX-də Milli Qurtuluş Günü qeyd olunub — Fotolar

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” İstirahət mərkəzində 15 İyun - Milli Qurtuluş Gününün 30-cu ildönümünə həsr olunmuş tədbir təşkil edilib...

DTX-nin mətbuat xidmətindən verilən xəbərə görə, tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları iştirak edib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, Dövlət Himni səsləndirilib.

Daha sonra “Bilgəh” İstirahət mərkəzinin tarixini əks etdirən foto-video materiallar, o cümlədən mərkəzin 1953-cü ildə fəaliyyətə başlaması, Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik orqanının rəhbəri olduğu zaman birbaşa onun təşəbbüsü ilə 1968-ci ildə həmin mərkəzin keçmiş SSRİ Zaqafqaziya sərhəd dairəsinin balansından çıxarılaraq Azərbaycan təhlükəsizlik orqanına verilməsi, bu il istirahət mərkəzinin yaradılmasının 70 illiyinin qeyd olunması iştirakçıların diqqətinə çatdırılıb.

Bu mərkəz, ömrünün 25 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş dahi rəhbər Heydər Əliyevin sevdiyi məkan olmuş, Ulu Öndər bu orqanlarda çalışarkən ailə üzvləri ilə birlikdə yay aylarında istirahətini burada keçirib.

Qeyd edilib ki, hazırda genişmiqyaslı yenidənqurma işlərinin getdiyi mərkəzdə əməkdaşların və onların ailə üzvlərinin istirahətlərinin və asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılmış, bu istiqamətdə lazımi işlər bundan sonra da davamlı şəkildə həyata keçiriləcəkdir.

Tədbir mədəni proqramla davam etdirilib.

 

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Ən çox oxunanalar