Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Quru sərhədlərin bağlı qalması çox uzun çəkməz” - Adil Qeybulla

Pandemiya ləğv olunsa da, Azərbaycan quru sərhədlərini açmır...

Professor: “Dünya Səhiyyə Təşkilatı pandemiyanın sonu haqqında qərar verib. Bu da o deməkdir ki, pandemiya yenidən alovlana bilməz”.

Azərbaycanda son vaxtlara qədər kütləvi soyuqdəymə xəstəlikləri, respiratur infeksli koronavirus xəstəlikləri xeyli yayılıb”.

Bu sözləri tibb elmləri doktoru Adil Qeybulla Azərbaycanda qurur sərhədlərin hələ də bağlı qalması səbəblərini Poliqon-a şərh edərkən qeyd edib.

Artıq ÜST səviyyəsində pandemiya ləğv olunsa da və demək olar ki, bütün ölkələrin quru sərhədləri açılsa da, Azərbaycan bu addımı atmır. Bunun səbəbini nədir? Digər ölkələr quru sərhədlərdən təhlükə görmədiyi halda Azərbaycan bu təhlükəni nədə görür?

Mövzunu Poliqon-un əməkdaşı professor Adil Qeybulla ilə müzakirə edib.

Adil Qeybulla: “Dünya Səhiyyə Təşkilatı quru sərhədlərin açılması tövsiyəsini verə bilməz”.

Quru sərhədlərin açılmasının hər bir dövlətin öz qərarı olduğunu vurğulayan professor bildirib ki, dövlət epitomoloji vəziyyəti nə vaxt qənaətbəxş bilsə, o vaxt da quru sərhədlərin açılmasını qərar verəcək:

“Dünya Səhiyyə Təşkilatı pandemiyanın sonu haqqında qərar verib. Bu da o deməkdir ki, pandemiya yenidən alovlana bilməz. Amma bu o demək deyil ki, koronavirus tam yoxa çıxıb. SARS 2 virusunun yaratdığı koronavirus pandemiyası hələ davam edir, amikronun mutasiyaları davam edir. Ayrı-ayrı ölkələrdə də sparazik yayılma var. Buna görə də hesab edirəm ki, proses tam sona çatmayıb.

Azərbaycanda son vaxtlara qədər kütləvi soyuqdəymə xəstəlikləri, respiratur infeksli koronavirus xəstəlikləri xeyli yayılıb. Bu günə qədər də xəstələnələr və ölənlər var. Yəni, bu proses davam edir.

Dünya Səhiyyə Təşkilatı quru sərhədlərin açılması tövsiyəsini verə bilməz. Quru sərhədlərin açılması hər bir dövlətin öz qərarıdır. Dövlət epitomoloji vəziyyəti nə vaxt qənaətbəxş bilsə, o vaxt da quru sərhədlərin açılmasını qərar verəcək. Hesab edirəm ki, bu çox uzun çəkməz”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Ən çox oxunanalar