Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni mətbuatı: Paşinyanı devirəcəklər... - Bəs hakimiyyətə kim gəlir?..

Qərb qanadına yaxın olan bir neçə mümkün namizəd müzakirə olunur...

“Diplomatik mənbələrimizin bildirdiyinə görə, Ermənistan-Azərbaycan arasında mümkün sülh razılaşmasında maraqlı olan mərkəzlər, xüsusən də Qərb, sənədin imzalanmasından sonra Paşinyanın hakimiyyətdə qalması məsələsinin çox ciddi problemə çevrilə biləcəyini anlayaraq,  hakimiyyətə kimin gələ biləcəyini fəal şəkildə müzakirə edir”.

Poliqon xəbər verir ki, bu barədə “Past” qəzeti öz mənbələrinə istinadən yazır.

Nəşr bildirir ki, danışıqlar prosesi hazırda intensivləşib və buna paralel olaraq müxtəlif mərkəzlərdə Ermənistan hakimiyyəti ilə bağlı maraqlı müzakirələr gedir:

“Bu mərkəzlər başa düşürlər ki, sülh sənədi imzalanandan sonra Paşinyan hakimiyyətini qorunub saxlanması nəinki qeyri-mümkün ola bilər, həm də məqsədəuyğun deyil. Bu səbəbdən onlar “B planı” tapmağa çalışırlar. Eyni mənbələrə görə, gələcəkdə regional proseslərdən kənarda qalmamaq üçün Paşinyanın dəyişdirilməsi məsələsi əsasdır. Buna görə də, təbii ki, Qərb qanadına yaxın olan bir neçə mümkün namizəd müzakirə olunur”.

Erməni nəşri yazır ki, namizədlər arasında həm Paşinyan komandasının bəzi nümayəndələrinin, həm də hazırda Ermənistanın daxili siyasi həyatında o qədər də nəzərə çarpmayan fiqurlar var.

“Bizdə olan məlumata görə, Moskvada da bu mövzuda müzakirələr aparılıb”, deyə qəzet yazır.

Bu arada o da bildirilir ki, kollektiv Qərb Ermənistanda anti-Rusiya əhvalını körükləyir, bunun üçün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin təsir agentlərindən istifadə edir.  Onlar anti-Rusiya fəaliyyətini Moskvanın Cənubi Qafqazdan çıxarılmasını sürətləndirmək cəhdi kimi deyil, erməni maraqlarının müdafiəsi kimi təqdim edir.

Rusiya hakimiyyətinə yaxın yekramas.org saytı yazır ki,  Ermənistanı Moskvaya qarşı qızışdıranlar Gürcüstanla 5 günlük müharibədə Mixail Saakaşvilinin amerikalı ağalarının özlərini necə apardıqlarını unutmamalıdır. “Hər şey şifahi bəyanatlarla və NATO gəmilərinin neytral sulara kiçik bir səyahəti ilə məhdudlaşdı. Paşinyan iqtidarının Rusiya ilə strateji əməkdaşlığı dayandırmağa və KTMT-dən çıxmağa hansı qüvvələrin sövq etdiyi məlumdur. Bu addımlar Ermənistanın maraqları üçün fəlakətli nəticələr doğuracaq.

“5-ci kolon” güc strukturlarında Moskva ilə əməkdaşlıq kursuna sadiq qalanlar deyil, Vaşinqtonun sifariş verdiyi musiqiyə rəqs edənlərdir. Qərb Paşinyana Zelenskinin yolu ilə getməyi və ölkəmizi Rusiya ilə NATO arasında hesablaşma meydanına çevirməyi təklif edirlər. Bir müddət əvvəl Xristian Demokratlar Partiyasının lideri, politoloq Levon Şirinyan açıq şəkildə bəyan etmişdi ki, hakimiyyət universitetlərdəki rusdilli professorları, eyni zamanda bütün rusdilli ziyalıları oradan uzaqlaşdırmalıdır. Rejim Ukrayna fəlakətindən dərs almaq istəmir. Kollektiv Qərb Ermənistanda bunun təkrarlanması üçün zəminləri fəal şəkildə araşdırır, CIA agentləri bu işin üzərində çox çalışırlar”. (Musavat.com )

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar