Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkəmələrə il ərzində daxil olan mülki işlərdən 60%-ni nikahın pozulması təşkil edir

Məhkəmələrin icraatında olan ailə mübahisələrinin əksəriyyəti də məhz nikahın pozulması ilə bağlıdır...

“Məhkəmələrə il ərzində daxil olan bütün kateqoriyalar üzrə 200 000-dək mülki işlərin təqribən 20%-ni ailə mübahisələri, onların da 60%-ni nikahın pozulması ilə bağlı işlər təşkil edir”.

“Report”un xəbərinə görə, bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, 2021 və 2022-ci illərin statistik məlumatlarına əsasən, bağlanmış nikahların təqribən hər üçündən biri pozulub:

“Məhkəmələrin icraatında olan ailə mübahisələrinin əksəriyyəti də məhz nikahın pozulması ilə bağlıdır. Belə ki, 2021-ci ildə birinci instansiya məhkəmələrinə ailə mübahisələri ilə bağlı daxil olmuş 46 028 işdən 27 506 iş, 2022-ci ildə isə daxil olmuş 38 633 işdən 22 597 iş nikahın pozulması ilə bağlı olub. Görünən odur ki, məhkəmələrə il ərzində daxil olan bütün kateqoriyalar üzrə 200 000-dək mülki işlərin təqribən 20%-ni ailə mübahisələri, onların da 60%-ni nikahın pozulması ilə bağlı işlər təşkil edir. Ölkə üzrə vəziyyəti əks etdirən bu göstəricilər ailə qanunvericiliyində dərin təhlilə əsaslanan islahatının aparılmasını zəruri edir. Belə ki, Ailə Məcəlləsinin qəbulundan ötən 20 ildən artıq müddət ərzində ictimai münasibətlərin inkişafı, dünyada və ölkəmizdə baş verən qloballaşmaya meyillər sosial-iqtisadi sferada görülməli işlərlə yanaşı, qanunvericilikdə müasir çağırışlara cavab verən ailə-nikah münasibətlərini qorumağa yönəlmiş yeni mexanizmlərin tətbiqini tələb edir”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Azərbaycan və Belarus hərbi ekspertləri mühəndis-texniki təminat üzrə məsələləri müzakirə ediblər

Azərbaycanda halal hotellər istifadəyə veriləcək - Video

NATO gələn həftədən nüvə təlimlərinə başlayır

Ən çox oxunanalar