Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə bağlı müraciət yayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə bağlı müraciət yayıb...

Ombudsman Aparatından Poliqon.info-ya daxil olan məlumatda deyilir:

"Təəssüf hissi ilə qeyd edirik ki, Azərbaycanın sülh çağırışlarına məhəl qoymayan Ermənistan insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş hərbi təxribatlara hələ də davam etməkdədir.

Cari il mayın 10-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətindəki mövqelərindən Ordumuzun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla növbəti dəfə təxribat törətmişdir. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçuları - Novruzəlizadə Orxan Elxan oğlu həlak olmuş, Mahmudlu Müslüm Vidadi oğlu ağır yaralanmışdır.

Ermənistanın növbəti hərbi təxribatı nəticəsində həlak olmuş hərbçimizə Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, regionda sülh quruculuğu prosesində maraqlı olmayan, öz işğalçı siyasətini davam etdirən, insan hüquqlarını kobud şəkildə pozan Ermənistanın hal-hazırda da davam edən hərbi təxribatını kəskin şəkildə pisləyirik.

Azərbaycanın davamlı olaraq təklif etdiyi sülh çağırışlarının əksinə olaraq Ermənistan məqsədli şəkildə regionda vəziyyəti gərginləşdirir, beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla yeni münaqişə ocaqlarının yaranması üçün təxribatlar törədir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, bir daha beynəlxalq təşkilatlara müraciət edərək, Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarına dərhal son qoyulması, regionda sülhün bərpası üzrə qəti tədbirlərin görülməsini tələb edirik".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Ən çox oxunanalar