Çərşənbə axşamı, 24 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran neytral sularda ABŞ-ın neft tankerini ələ keçirib

İran hərbçiləri Oman körfəzinin neytral sularında xarici neft tankerini ələ keçirib...

Poliqon xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat mərkəzi məlumat yayıb.

Hadisə aprelin 27-də Yəmən sahilləri yaxınlığında baş verib. Marşal adalarının bayrağı ilə üzən “Advantage Sweet” neft tankeri ələ keçirilərkən qəza siqnalı verib.

İranın hərəkətləri beynəlxalq hüquqa ziddir və regional təhlükəsizlik və sabitliyə xələl gətirir. İran hökuməti neft tankerini dərhal buraxmalıdır”, deyən ABŞ ordusu rəsmiləri vəziyyətə nəzarət etdiklərini də bildiriblər.

Reuters Agentliyinin məlumatına görə, İran ordusu neft tankerinin başqa bir İran gəmisi ilə toqquşmasından sonra ələ keçirildiyini və bir neçə ekipaj üzvünün yaralandığını bildirib.

“Refinitiv”in gəmi izləmə məlumatlarına görə, ələ keçirilən tanker ABŞ-ın “Chevron” neft şirkəti tərəfindən icarəyə götürülüb və Küveytdən Hyustona gedirmiş. Şirkət vəziyyətdən xəbərdar olduğunu və bu vəziyyəti mümkün qədər tez həll etmək ümidi ilə gəmi operatoru ilə əlaqə saxladığını deyib.

“Hazırda işləyən fərziyyə ondan ibarətdir ki, bu, ya ABŞ-ın güc nümayişi olaraq keçən həftə regiona ilk dron gəmisini göndərməsinə cavab olaraq İran tərəfindən gəminin saxlanılması ola bilər. Ya da bu, ABŞ-a cavab ola bilər. İranda SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) ilə əlaqəli personala qarşı aprelin 24-də sanksiyalar tətbiq edilib”, deyə “Dryad” dəniz təhlükəsizliyi şirkəti bildirib.

Qeyd olunur ki, 2019-cu ildən İran Fars körfəzinin strateji sularında bir sıra kommersiya gəmilərinin qaçırılması halları həyata keçirib və bu da ABŞİran arasında gərginliklə bağlı olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyevin yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxışının TAM MƏTNİ- Yenilənib

Azərbaycanda bir gecəyə müğənnilərə 5 milyon manat xərcləyən iş adamı kimdir?

Minimum əməkhaqqı və pensiyalar nə qədər artacaq?

Sahibə Qafarova yenidən Milli Məclisin sədri seçilib - Yenilənib

Bakıda küçələrdə quraşdırılan yeni qurğu nədir? - Video

Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsindən azad edilib

BMT Baş Assambleyası Rusiyanın etirazlarına baxmayaraq, “Gələcəyin Paktı”nı qəbul edib

2025-ci ilə qədər hansı insanlar yaşayacaq? - Vanqanın proqnozu

İsveçrə Orta Dəhlizin inkişafı üçün bir çox həll yolları təklif edə bilər

Milli Məclis sədrinin müavini postuna namizədlər müəyyənləşdi - Foto

Gələn ildən minimum əməkhaqqı və minimum pensiya artırılacaq

Ən çox oxunanalar