Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahzadə Anna III Çarlz-ın tacqoyma mərasimində baş rolda olacaq...

Böyük Britaniya kralı III Çarlz sədaqətinə görə bacısı şahzadə Annaya tacqoyma mərasimində xüsusi rol verib...

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın Mirror nəşri məlumat yayıb.

Şahzadə Anna yürüşdə “Gold-Stick-in-Waiting” vəzifəsini icra edəcək. Bu vəzifə tarixən suverenin şəxsi təhlükəsizliyinin həvalə olunduğu şəxsə verilib. Mayın 6-da Vestminster Abbatlığında tacqoyma mərasimindən sonra II Yelizavetanın yeganə qızı kral III Çarlzın və kraliça Kamilla Parker-Boulzun arxasında at üstündə onları müşaiyət edəcək. Kral və kraliça qızılı karetada Bukingem sarayına geri qayıdanda Anna 6000 hərbçinin iştirak edəcəyi böyük bir yürüşə rəhbərlik edəcək.

Bu imtiyaz Tudorların zamanından gəlir və ənənəyə görə iki zabit əllərində hakimiyyət rəmzi olan “Qızıl Çubuq” və “Gümüş Çubuq” tutaraq suvereni təhlükədən qorumaq üçün onun arxasında yer alırlar.

İnsayder yazır ki, III Çarlz bacısından bu rolu öhdəsinə götürməsini xahiş etdikdə, şahzadə Anne inanılmaz dərəcədə şad olub. Mirror qeyd edib ki, III Çarlz və şahzadə Anna arasında çox yaxın və etibarlı münasibət var və monarx tez-tez məsləhət almaq üçün bacısına müraciət edir.

“Kralın qərarı hamıya aydındır. O, şahzadə Annanı sədaqətinə və vəzifəsinə sarsılmaz sədaqətinə görə mükafatlandırır. Kral bacısını etibarlı bir kraliyyət zabiti kimi qiymətləndirir və bu, belə bir vəzifənin ona verilməsi qardaş və bacı arasında münasibətinmükəmməl nümunəsidir”, deyə kral insayderi yazıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Ən çox oxunanalar