Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Si Tsinpin Zelenski ilə telefon danışığı aparıb

Çin və Ukrayna liderləri arasında telefon görşməsi uzun çəkib...

Poliqon xəbər verir ki, Çin Mərkəzi Televiziyasının məlumatına görə, Çin lideri Si Tsinpin Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb. Söhbətin təfərrüatları ilə bağlı məlumat verilmir.

Çin lideri ilə telefon danışığı ilə bağlı Ukrayna prezidenti Vladimir Zelenski də Twitter-də məlumat verib. Danışıqların təfərrüatlarına toxunmayan Ukrayna lideri bildirib ki, telefon danışığı uzun çəkib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Çin lideri ilə görüşündən sonra Rusiyanın Ukrayna ilə bağlı Çinin nizamlanma planını əsas götürməyə hazır olduğunu bildirmişdi. Putin qeyd edib ki, Çin tərəfinin irəli sürdüyü 12 bəndlik sülh planının bir çox müddəaları Rusiyanın yanaşmalarına uyğundur.

Xatırladaq ki, fevralın 24-də Çin Xarici İşlər Nazirliyi Ukraynadakı münaqişənin həlli ilə bağlı öz planını dərc edib. Ümumilikdə sülh planına 12 maddə daxildir. Sənəddə, digər məsələlərlə yanaşı, bütün ölkələrin suverenliyinə hörmət, hərbi əməliyyatların dayandırılması və sülh danışıqlarının bərpası, mülki əhalinin və hərbi əsirlərin müdafiəsi, həmçinin nüvə münaqişəsi risklərinin azaldılması zərurəti qeyd olunur.

Çinin sülh təşəbbüsü ilə bağlı Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Çinin regiondakı münaqişənin həlli ilə bağlı təklifləri tam fəaliyyət planı sayıla bilməz, çünki onlar daha çox Pekinin bu məsələ ilə bağlı düşüncələrini igadə edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Rusiya Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirib Ermənistandakı mövqelərini bərpa edə biləcəkmi?

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Ən çox oxunanalar