Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ISW: Ukrayna ordusunun Xersonda sol sahilə çıxıb...

Müharibə Araşdırmaları İnstitutu (ISW) Ukrayna qüvvələrinin Xerson vilayətində Dnepr çayının sol sahilində mövqelər tutduğunu iddia edir...

Poliqon xəbər verir ki, bu barədə ISW-nin hesabatında deyilir.

İnstitutun analitikləri bildiriblər ki, rusiyalı hərbi blogerlər Ukrayna qüvvələrinin Xerson vilayətinin şərq sahillərində mövqelər tutduğunu təsdiqləyən çoxlu coğrafi istinadlı video görüntülər və mətn mesajları təqdim ediblər.

“Aprelin 22-də rusiyalı bloger tərəfindən dərc edilmiş geolokasiya görüntüləri göstərir ki, Ukrayna qüvvələri Oleşki şəhərindən şimalda (Xersonun 7 km cənub-qərbində) Dnepr çayının şərq sahillərində mövqelər tutaraq E97 şossesi ilə qəsəbənin şimal kənarına, eləcə də Yay kotteclərindən qərbə (Xersondan 10 km cənubda) doğru irəliləyiblər. Görüntülər həmçinin göstərir ki, rus qoşunları Antonovski körpüsü yaxınlığındakı Ukrayna hərbçilərinin geolokasiya mövqelərindən yarım kilometr şimalda yerləşən Konka və Çayka çaylarında adalara artıq nəzarət edə bilməz”, deyə ISW-nin hesabatında deyilir.

İnstitut qeyd edir ki, aprelin 20-də və 22-də rusiyalı hərbi blogerlər Ukrayna qüvvələrinin bir neçə həftədir ki, Xerson vilayətinin şərq sahillərində mövqelər tutduqlarını, bu mövqelərə sabit təchizat xətləri qurduğunu və mütəmadi olaraq döyüş əməliyyatları həyata keçirdiklərini iddia ediblər. Qeyd edilir ki, həmin ərazilərdə Rusiya nəzarətini itirib.

ISW-nin hesabatında deyilit ki, başqa bir rusiyalı blogerin döyüş xəritəsində Rusiya qüvvələrinin Xersonun cənub-qərbində Dnepr deltasındakı bəzi adalara nəzarət etmədiyi iddia edilir ki, bu da Ukrayna qoşunlarının bu adalara mümkün irəliləyəcəyini göstərir.

Analitiklər onu da yazır ki, bəzi rusiyalı hərbi jurnalistıər Rusiya hərbi komandanlığının həddən artıq mərkəzləşməsi səbəbindən artilleriya atəşinin aşağı intensivliyinin Ukrayna qoşunlarının şərq sahillərinə desant etməyə imkan verdiyindən şikayətləniblər.

Rusiya qoşunları Dnepr deltasındakı adaları yaşayışsız qoyaraq, Alyoşki və Novaya Kaxovka kimi şəhər ərazilərində xətti tutmağa üstünlük verə bilər. Ukraynanın bu mövqelərinin miqyası və niyyətləri, eləcə də Ukraynanın bu sahədə sabit mövqe saxlamaq qabiliyyəti və istəyi müəmmalı olaraq qalır”, deyə analitiklər bildiriblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğuna inanırıq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Ən çox oxunanalar