Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vikinqlər Qrenlandiyanı niyə tərk ediblər?

Harvard və Pensilvaniya Universitetlərinin son araşdırmasına görə, cəsarətləri və amansızlığı ilə tanınan vikinqlər iqlim dəyişikliyinə tab gətirə bilməyiblər...

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, bu barədə Phys.org portalının məlumatında deyilir.

Alimlər aşkar ediblər ki, Qrenlandiyada buz təbəqələrinin artması və dəniz səviyyəsinin qalxması 15-ci əsrdə vikinqləri adanı tərk etməyə məcbur edən kütləvi sahil daşqınlarına səbəb olub.

Kürən Erikin dastanında (Saqa) deyilir ki, vikinqlər 982-ci ildə adada məskunlaşdılar və bir neçə il sonra yeni torpaq haqqında nağılların yaılmasından sonra digər normanlar oraya üzüblər. Nəticədə qrelandiyada bir neçə yaşayış məntəqəsinin əsası qoyulub və adada iqtisadi çiçəklənmə yaşanıb. Norveç və Danimarka Qrelandiya ilə ticarət əlaqələrini uzun müddət davam etdirib

Müasir tədqiqatlar göstərdi ki, Vikinq məskənləri XV əsrin əvvəllərində mövcud olmağı dayandırıb. Vikinqlərin Qrelandiyanı tərk etmələrinin əsas fərziyyəsi “Kiçik Buz Dövrü”nün başlanğıcı ilə əlaqəli iqlim dəyişikliyi hesab olunur. Qeyd edək ki, Qrelandiyada “Kiçik Buz Dövrü” 14-cü əsrin əvvəllərindən 19-cu əsrin ortalarına qədər davam edib.

Geofiziki modellərdən istifadə edərək tədqiqatçılar hesabladılar ki, Vikinqlərin Qrenlandiyada mövcud olduğu təxminən 500 il ərzində buz təbəqəsinin irəliləməsi dəniz səviyyəsini təxminən üç metr qaldırıb. Mütəxəssislərin fikrincə, yaşayış məntəqələrinin 75%-i sahildən bir qədər kənarda yerləşirib. Adanın insan və heyvan qalıqlarının təhlili göstərib ki, vikinqlər tədricən qida rasionunu ətdən “dənizə” dəyişiblər ki, burada balıq və suitilər üstünlük təşkil etməyə başlayıb. Bu da alimlərin gəldiyi nəticənin doğruluğundan xəbər verir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Ən çox oxunanalar