Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski Kiyevdəki görüşdə BMT-nin baş katibini necə qəzəbləndirib?

BMT-nin baş katibi Antonio Quterreş martın 8-də Kiyevə səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenskidən çox narazı qalıb...

Poliqon The Washington Post qəzetinə istinadən xəbər verir ki, bu məlumat Pentaqonun bu yaxınlarda internetə “sızmış” məxfi sənədlərindən birində yer alıb.

Şəbəkəyə sızan fayllara görə, Amerika kəşfiyyat orqanları Quterreşi dinləyirmiş. Mətbuat katibi Stefan Düjarriklə söhbətlərinin birində baş katib etiraf edib ki, Kiyevə səfəri zamanı Ukrayna hakimiyyətinin hərəkətlərindən “çox hiddətlənib”.

Quterreş onun iştirakı ilə keçirilən rəsmi tədbirlərdə ukraynalı hərbçilərin mükafatlandırma mərasimindən narazı qalıb. Bu hissə baş katiblə razılaşdırılmayıb və bundan sonra prezidentin mətbuat xidməti hadisənin foto və videolarını yayıb.

Quterreş hər şeyin döyüşən tərəflərdən birinin hərbçilərini təbrik etdiyi kimi görünməsindən narahat olub. Sızdırılan sənəddən belə çıxır ki, baş katib mətbuat katibi ilə söhbətində "hər zaman gülümsəməməyə çalışdığını vurğulayıb".

O, həmçinin Kiyevin BMT-ni tənqid etməkdə çox fəal olmasından şikayətlənib. Quterreş qeyd edib ki, o, Ukraynaya kömək üçün gedib, lakin ukraynalılar “bizi yox etmək üçün hər şeyi edirlər”.

“The Washington Post” qəzetinə müsahibəsində baş katibin sözçüsü təsdiqləyib ki, rəhbəri “həqiqətən də Kiyevdə Ukrayna liderləri ilə çox məhsuldar görüşünün sonunda mükafatlandırma mərasiminin məsləhətləşmədən əlavə edilməsindən xoşagəlməz şəkildə təəccüblənib”. Eyni zamanda o, Quterreşin Kiyevin BMT-ni “ləğv etmək” istəyindən şikayət etdiyini inkar edib.

Qeyd edək ki, bu il martın 8-də BMT-nin baş katibi Antonio Quterreş Kiyevə səfər edib. Bu, onun genişmiqyaslı müharibənin başlanmasından sonra üçüncü səfəri olub. Zelenski ilə görüşdə o, hazırkı müharibə kontekstində bir sıra mühüm məsələləri - taxıl ixracını, Rusiya üçün xüsusi tribunalın yaradılmasını və s. müzakirə edib.

Görüşdən sonra Zelenski və Quterreş birgə mətbuat konfransı keçirib. Rəsmi açıqlamalardan sonra 8 mart münasibəti ilə ukraynalı qadınların mükafatlandırılması mərasimi baş tutub. Mükafatlandırılanlar arasında həm hərbi qulluqçular, həm də mülki şəxslər olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Moskvada “9 May” qələbə günü münasibətilə hərbi parad keçirilib - Canlı yayım

Ən çox oxunanalar