Çərşənbə axşamı, 24 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baxmutda nələr baş verir: Priqojinin dediyi kimi şəhər işğal olunubmu?

Yevgeni Priqojinin Baxmutun “hüquqi baxımdan ələ keçirilməsi” ilə bağlı sözlərinin arxasında nə dayanır...

Artıq yarım ildir ki, Baxmutu ələ keçirməyə şalışan “Vaqner qrupu”nun təsisçisi Yevgeni Priqojin şəhərin “hüquqi baxımdan ələ keçirildiyini” elan edib.

Poliqon xəbər verir ki, The New York Times qəzetinin təhlili göstərib ki, üzərində Rusiya bayrağının qaldırıldığı bina Baxmutka çayının qərb sahilində yerləşir. “Rochan Consulting”in hərbi analitiki Konrad Muzıka da rus qüvvələrinin Baxmuta qarşı hücumunda son bir həftə ərzində əldə edilən irəliləyişdən yazır. Eyni zamanda o, əlavə edir ki, Ukrayna qüvvələrinin geri çəkilməsinə dair də heç bir əlamət yoxdur.

Bazar ertəsi səhər Priqojin Baxmutun “hüquqi baxımdan ələ keçirildiyini” və şəhər adminstarsiyası üzərinə Rusiya bayrağının sancıldığını bildirib və əlavə edib ki, Ukrayna qoşunları şəhərin qərb məhəllələrində qalıb. “Vaqner qrupu”nun təsisçisinin mətbuat xidməti də şəhər administrasiyasının binası yaxınlığında Rusiya bayrağının qaldırıldığı iddia edilən video dərc edib.

Ukrayna rəsmiləri isə Baxmutun Rusiya tərəfindən tutulmasını inkar edir.
“Bir neçə tualetin üzərinə bayraq qaldırıblar. Hara gəldi cır-cındır asaraq deyirlər ki, şəhəri alıblar. Qoy onlar hesab eləsinlər ki, şəhəri ələ keçiriblər”, deyə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun rəsmi nümayəndəsi Sergey Çerevatıy deyib. Ukrayna müdafiə nazirinin müavini Anna Malyar isə bildirib ki, Baxmutda vəziyyət “çox gərgin” olaraq qalır.

The New York Times qəzetinin yazdığına görə, üzərində Rusiya bayrağının qaldırıldığı bina Baxmutka çayının qərb sahilində yerləşir. Bu çay əslində şəhəri yarıya bölür və hazırda Baxmutka çayı faktiki cəbhə xəttini oluşdurur. Çay zirehli texnikalar üçün təbii maneədir və rusların çayı keçməsi şəhərdə Ukraynanın daha da təhlükəli mövqeyə düşməsindən xəbər verə bilər. NYT qeyd edir ki, dron görüntüləri Rusiya qoşunlarının son günlər şəhərin qərb hissəsinə sızmağa başladığını təsdiqləyir.

Rochan Consulting şirkətinin analitiki Konrad Muzyka yazır ki, son bir həftə ərzində Baxmutda vəziyyət Ukrayna hərbçiləri üçün daha da pisləşib: “Rusiya birləşmələri eyni vaxtda cənubdan, şərqdən və şimaldan hücuma davam edir. Rusiya qüvvələrinin Ukrayna ordusunu mühasirəyə almaq cəhdləri uğur qazana bilməyib, lakin “Vaqner” muzdluları şəhər daxilində irəliləməyə nail olub. Son günlər yaxın döyüşlərin getdiyi bildirilir”.

Muzıka həm də şəhərdə yerləşən ukraynalı əsgərdən sitat gətirilir. O bildirib ki, Rusiyanın hazırda əsas taktikası Baxmutun mərkəzinə doğru irəliləməkdir. Bu səbəbdən şəhər xaricindəki hücumların intensivliyi azalıb. Hərbçilər əlavə edib ki, onlar şəhəri mühasirəyə alınmasıimkanını görmürlər. Ukrayna quru qoşunlarının komandanı, general Aleksandr Sırskinin sözlərinə görə, şəhəri ələ keçirməyə çalışan Rusiya bütün ən yaxşı birləşmələrini döyüşə atıb.

Muzyka qeyd edir ki, Rusiya çox güman ki, böyük itkilər hesabına kiçik, lakin sabit uğurlar əldə etməkdə davam edir. Bununla belə, o, qeyd edib ki, Kiyevin Baxmutu qorumaq və Rusiyanın gələcək hücumlar üçün imkanlarını azaltmaq barədə nikbinliyi əsassız görünür.

Xatırladaq ki, Baxmut uğrunda döyüşlər bir neçə aydır ki, davam edir və bu döyüşlərdə hər iki tərəf xeyli itki verib. Jurnalistlər şəhər uğrunda gedən döyüşləri Birinci Dünya Müharibəsinin səngər döyüşləri ilə müqayisə ediblər. Hərbi analitiklər Baxmutun şübhəli strateji əhəmiyyətə malik olduğunu qeyd edirlər və KİV-in yazdığına görə, Qərb ölkələri Kiyevi hücuma hazırlığa cəmləmək üçün ilin əvvəlində şəhərdən geri çəkilməyə çağırıblar.

Kiyevdə Baxmutun saxlanması vacib hesab olunur, çünki o, xeyli sayda rus qoşununu buxovlayır və onları tükəndirir. Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley keçən həftə şəhərə hücumun ruslar üçün qırğına çevrildiyini qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyevin yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxışının TAM MƏTNİ- Yenilənib

Azərbaycanda bir gecəyə müğənnilərə 5 milyon manat xərcləyən iş adamı kimdir?

Minimum əməkhaqqı və pensiyalar nə qədər artacaq?

Sahibə Qafarova yenidən Milli Məclisin sədri seçilib - Yenilənib

Bakıda küçələrdə quraşdırılan yeni qurğu nədir? - Video

Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsindən azad edilib

BMT Baş Assambleyası Rusiyanın etirazlarına baxmayaraq, “Gələcəyin Paktı”nı qəbul edib

2025-ci ilə qədər hansı insanlar yaşayacaq? - Vanqanın proqnozu

İsveçrə Orta Dəhlizin inkişafı üçün bir çox həll yolları təklif edə bilər

Milli Məclis sədrinin müavini postuna namizədlər müəyyənləşdi - Foto

Gələn ildən minimum əməkhaqqı və minimum pensiya artırılacaq

Ən çox oxunanalar