Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtomobil idxalçıları: “Xaricdən köhnə avtomobilləri sifariş edənlər kasıblardır”

Ötən gün Baş nazir Əli Əsədovun imzaladığı qərarla zavod buraxılış tarixi 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsinin məhdudlaşdırılacağı bildirildi.

Qərarın avtomobil idxalına necə təsir edəcəyi haqqında Oxu.Az-a danışan nəqliyyat şirkətlərinin sahibləri həm müsbət, həm də mənfi məqamların olduğunu qeyd ediblər.

Ölkəyə avtomobil idxal edən şirkətlərdən birinin sahibi Nurlan Əliquliyevin fikrincə, bu qərar ucuz maşınlarla işləyən kiçik şirkətlərə təsir edəcək:

“Böyük şirkətlər üçünsə deyə bilərəm ki, hətta çox müsbət məqamdır. Çoxdan gözləyirdik ki, belə qərar verilsin, hətta gətirilən avtomobillərin istehsal ili 2016-2017-ci ilə qədər azaldılsın. Qərar bir ay sonra qüvvəyə minir. O vaxta qədər sifariş edilmiş avtomobillərdən ölkəyə çatan da, çatmayan da ola bilər. Bu, problem deyil. Vətəndaş pulunu qərardan öncə ödəyibsə, itkisi olmayacaq. Ən pis halda vətəndaş məhkəməyə müraciət edib, hüquqlarının bərpasına nail olacaq. İstənilən halda, müştəri gömrük rəsmiləşməsini özü həll etdiyindən diler şirkətlərə hansısa ziyanı olmayacaq. Fikrimcə, bu məsələdə vətəndaşlara güzəşt ediləcək, pulunu ödədiyi avtomobili alacaq. Heç kim yatıb, yuxusunda belə qərarın veriləcəyini görməmişdi ki?! Ona görə də narahatlığa əsas olmadığını, hansısa şəkildə problemlərin həll ediləcəyini düşünürəm”.

Digər avtomobil idxalçısı Yaqub Yaqubov isə qeyd edib ki, Nazirlər Kabinetinin belə bir qərarının olacağı haqqında əvvəldən söz-söhbət var idi:

 


“Bu gözlənilirdi. Amma belə tez və sərt şəkildə həyata keçiriləcəyini düşünməzdik. Ötən gündən etibarən bizə çoxsaylı zənglər olunub, suallar ünvanlanıb, hətta verdiyi sifarişlərini geri çəkmək istəyənlər də var. Azərbaycana avtomobillərin əksəriyyəti Koreyadan və ya Amerikadan gətirilir. Nəql gəmi ilə həyata keçirildiyindən avtomobilin Azərbaycana çatması dörd-beş aya qədər yubana bilir. Hesab edirəm ki, Gömrük Komitəsi intervalı və şərtləri bildiyindən vətəndaşların xeyrinə təkliflərin qəbul edilməsinə səy göstərə bilər. İnsanlar ən çox bu vaxt məhdudiyyətinə görə narahatdırlar.

Sonradan rəsmi olaraq açıqlandı ki, qərarın imzalandığı 29 mart tarixinə qədər (29 mart daxil olmaqla) maşınlarını sifariş edib, pulunu ödəyənlərə güzəşt ediləcək. Yəni haqqı ödənilmiş və qərar qüvvəyə minəndən sonra gəlib çatan avtomobillər sərhəddə qalmayacaq. Onlara da güzəşt edəcəklər, amma qərar əvvəldən açıqlanmadığından, görünür ki, insanlarda əsəb, stres, süründürməçiliyə səbəb ola biləcək məqamlarla bağlı narahatlıq var.

Güzəşt edilməməsinin əsası yoxdur. İnsanlar sifariş etdikləri avtomobillərin pulunu bank vasitəsi ilə ödəyiblər. Deməli, ölkədən pul çıxıb və onun əvəzində nə isə gətirilməlidir. Əgər pulun əvəzinə avtomobil alınmazsa, bu, vətəndaşlara daha bir problem yaradacaq. Onlar xaricə pul axınında ittiham oluna bilərlər. Xaricdən köhnə avtomobilləri sifariş edənlər kasıblardır. Varlılar son model maşını Azərbaycanda avtosalonlardan alırlar. Bu dəfə də kimə isə maddi ziyan dəyəcəksə, bu, kasıblar olacaq.

Artıq əlində olan avtomobili satışa çıxarmış şəxslərin bir çoxu elanı geri götürüb və ya qiyməti qaldırıb. Avtomobil satış saytlarına baxın, köhnə maşınları satmaqdan imtina edirlər, çünki bir ay sonra həmin maşınların qiyməti qalxacaq.

Qərarın mahiyyəti, detalları, müsbət və mənfi tərəfləri, bütün risklər rəsmi şəkildə açıqlanmalıdır. Konkret cavab verilməlidir ki, proses necə həyata keçiriləcək. Əks halda insanların narahatlığını səngitmək çətin olacaq”

(Oxu.az Aysel Aslan)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar