Bazar ertəsi, 05 İyun 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Mustafaya hücumu kim təşkil edib? Niyə bu gün?

Millət vəkili Fazil Mustafaya bu gün evinin qarşısında avtomat silahla hücum edilməsi ilə bağlı ilginc iddialar irəli sürülüb...

Poliqon.info axar.az-a istinadən xəbər verir ki, Fazil Mustafaya məhz avtomat silahla hücum edilməsinin təsadüf olmadığı bildirilir.

Belə ki, avtomat silah 27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı istifadə edilmişdi. Həm 4 mart 2023-cü ildə "Bravo" hipermarketin bankomat yerləşən giriş hissəsinə, həm də Fazil Mustafaya hücumda avtomatdan istifadə xüsusi məna kəsb edir.

Fazil Mustafaya hücum üçün 28 mart tarixinin seçilməsinin də təsadüf olmadığı iddia edilir. Belə ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin yaranmasının 104-cü ildönümüdür. Məhz bu ildönüm zamanı edilən hücum da mesaj xarakteri daşıyır.

Daha bir iddia isə İsraildə səfirliyimizin binasının açılması ilə bağlıdır. Belə ki, XİN başçısı Ceyhun Bayramov bu gün İsrailə və Fələstinə səfərə yola düşüb. Onun 29 martda İsraildəki səfirliyimizin açılışında iştirak edəcəyi gözlənilir.

Bu hücumun İsraildəki səfirliyimizin açılmasına da "sürtpriz" edilib. Sosial şəbəkələrdə hücumun arxasında İranın durduğu iddiası səslənməkdədir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hər gün 200 dəfə ölümlə hədələnən prezident kimdir?

Saatlıdakı qətlin təfərrüatları məlum oldu 

Paşinyan Türkiyədə niyə ikinci sırada oturmuşdu? - Mirzoyandan açıqlama...

İrəvan “Zəngilan dəhlizi”nə Rusiyanın nəzarət etməsini istəmir...

“Məni boşasa da, sizi gəlib almayacaq” - Ülviyyə

“Super casus Putin” mifi – Bu mif necə yaranıb?..

Türkiyənin yeni hökümət... - Ərdoğanın bu Kabineti əvvəlki hökümətlərdən nəylə fərqlənəcək?

Qriqoryanın “Zəngilan dəhlizi” açıqlaması... - Üçtərəfli Bəyanat qüvvədən düşür?

Ən çox oxunanalar