Moskva Rusiya-Azərbaycan-İran əməkdaşlığı formatına həqiqətən vacib önəm verir.
Poliqon.info xəbər verir ki, bunu Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Xatırladım ki, bu formatın təşəbbüskarı Azərbaycan Prezidenti İlham Əliyev olub. Ümid edirik ki, üçtərəfli kooperasiya bundan sonra da ölkələrimiz arasında qarşılıqlı faydalı əlaqələrin möhkəmlənməsinə və müasir şərtlərdə tələb olunan Şimal-Cənub Nəqliyyat Dəhlizi daxil olmaqla dayanıqlı nəqliyyat infrastrukturunun yaradılmasına böyük töhfə verəcək. Bu, gələcəkdə ölkələrimiz arasında ticarət dövriyyəsinin artması və tranzit daşımalarının fasiləsizliyini təmin etmək baxımından çox vacibdir. Ona görə də, ümid edirik ki, yaxın perspektivdə gündəlikdə olan məsələlərin və üçtərəfli görüşün keçirilməsinin müddəti ilə bağlı konsensusa nail olunacaq. Biz öz tərəfimizdən bu yardım etməyə hazırıq”, – Rusiya XİN sözçüsü əlavə edib.
Poliqon.info