Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Blinken: "Azərbaycan və Ermənistan tezliklə sülh sazişi imzalaya bilər"

ABŞ-ın Dövlət Katibi bu barədə dünən Konqres Senatının Xarici Əlaqələr Komitəsinin iclasında çıxışı zamanı deyib...

"AzərbaycanErmənistan tezliklə sülh sazişi imzalaya bilər".

Poliqon “Freedom” radiostansiyasına istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

Dünən Konqres Senatının Xarici Əlaqələr Komitəsinin iclasında çıxış edən Blinken, "Məncə, bir fürsət var, şişirtmək istəmirəm, ancaq sülh razılaşmasını həqiqətən yekunlaşdırmağa imkan verən bir fürsət var" deyə bildirib.

“Mən Münhen Təhlükəsizlik Konfransı zamanı Paşinyan və Əliyevlə görüşdüm. Xarici işlər nazirləri bu yaxınlarda Vaşinqtonda idilər. Mən onların qayıtmasını gözləyirəm. Biz müqavilənin mətni üzərində işləyirik”, - Blinken bildirib.

Amerika diplomatiyasının rəhbərinin sözlərinə görə, o, AzərbaycanErmənistan arasında münasibətlərin nizamlanması məsələsi ilə fəal məşğul olur, tərəflərin “Bakı ilə İrəvan arasında münasibətləri normallaşdıran sülh sazişi”nin əldə olunmasına töhfə verir və “hüquqlar və müdafiə” ilə də məşğul olacaq".

“Biz bunu Ermənistana məcbur etmirik. Biz Ermənistanın 30 ildən artıqdır davam edən münaqişəni heç olmasa, əsaslı şəkildə dayandıracaq razılaşma əldə etməyə kömək edə biləcəyimizi görmək istəyən böyük istəyinə cavab veririk”, - Blinken bildirib.

"İndi Azərbaycanın, eləcə də Ermənistanın maraqlarına dərindən xidmət edəcək əlverişli məqamdır”, - Blinken əlavə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar