Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəbdən və parkdan oğurluq edən şəxslər saxlanıldılar

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar  zamanı rayon ərazisində baş vermiş bir neçə oğurluq cinayətinin üstü açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində yerləşən məktəblərin birindən ümumi dəyəri 12 min manata yaxın olan 15 ədəd kompüterin və proyektorun oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxsin yetkinlik yaşına çatmayan rayon sakini olduğu müəyyən edilib və  oğurladığı kompüterlər ondan maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Keçirilən digər əməliyyat zamanı isə rayonun Şıxlı kəndində MMC-lərdən birinin balansında olan 5 tonluq metal dayağı oğurlayan Elçin Güləliyev saxlanılıb. Araşdırma zamanı onun həmin metal dayağı hissə-hissə doğrayaraq ərazidən daşıdığı və Yevlax rayonu ərazisində yerləşən metal qəbulu məntəqəsinə satdığı məlum olub.

Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər ərazisində yerləşən parkdakı attraksionun generatorunu və kabelini oğurlayan iki yeniyetmə saxlanılıb. Onlar ifadələrində əməllərini etiraf ediblər və oğurladıqlarını ayrı-ayrı şəxslərə satdıqlarını bildiriblər. 

Polis əməkdaşları tərəfindən həmin şəxslər də müəyyən olunub və oğurlanmış əşyalar onlardan maddi sübut kimi götürülüb. Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılanların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Niyə körpələrə yumurta ağı vermək olmaz? - İshal ola bilər

Ən çox oxunanalar