Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskva metrosu: Böyük Dairəvi Xətt dünyanın ən uzun xəttinə çevrildi

Ən uzun dairəvi metro xətti rekord müddətdə inşa edilib...

Martın 1-də Moskvada metro sisteminin genişləndirilməsi və müasirləşdirilməsi, o cümlədən Dairəvi xəttin yükünün azaldılması və Moskvada tıxac probleminin yüngülləşdirilməsi üçün nəzərdə tutulmuş metronun Böyük Dairəvi Xətt (BDX) tam istifadəyə verilib. 31 stansiya və 3 elektrik deposunun yerləşdiyi BDX-nin ümumi uzunluğu 70 km təşkil edir.

Ən uzun dairəvi metro xətti rekord müddətdə inşa edilib. Onun birinci hissəsi 2018, ardınca Moskva tarixində ən uzun hissə sayılan 21 km-lik hissə və 10 stansiya daxil olmaqla daha bir neçəsi 2021-ci ildə açılıb.

Kompleks layihə və mühəndislik həlləri sayəsində metro halqası şəhərin vahid infrastrukturuna daxil edilib. BDX bütün mövcud və perspektivli radial metro xətlərini birləşdirir, eyni zamanda digər nəqliyyat növlərinə keçidləri təmin edir. Məsələn, əvvəllər sərnişinlər bir məntəqədən digərinə getmək üçün mərkəzdə keçid etməyə məcbur idi. Bundan sonra isə alternativ marşrutlar yaradılaraq digər xətlərə əlavə 47 keçid təmin edilərək həmin məcbiriyyət aradan qaldırılıb.

Həyata keçirilən memarlıq həlləri də zamana uyğundur: ənənəvi və müasir, sadə və mürəkkəb, ciddi və ironik. Amma metronun DNT-sini, onun fərdiliyini yeni və tarixi stansiyaların hər birində tapmaq mümkündür.

Bundan əlavə, BDX sərnişinləri Moskva metropoliteninin bütün yüksək texnoloji xidmətlərindən, o cümlədən ən rahat ödəniş üsullarından istifadə edə biləcəklər – Moskva Metropoliteninin bilet sistemi nüfuzlu beynəlxalq Nəqliyyat Biletləri Mükafatı tərəfindən iki dəfə (2020, 2021) dünyanın ən yaxşı sistemi kimi tanınıb. Xəttdəki hər turniketdə gediş haqqını təkcə biletlə deyil, həm də bank kartı ilə ödəmək mümkündür, hər foyedəki iki turniket biometrik ödənişlər də qəbul edəcək.

BDX-ni fərqləndirən daha bir cəhət qatarların təchizatıdır. Burada həm turistlərin səyahəti, həm də heyət üçün rahat şərait yaradılıb. Missal olaraq geniş qapılar, vaqonlar arasında keçidlər, telefonları doldurmaq üçün USB qurğular, məlumat ekranları və havanı dezinfeksiya edən kondisionerləri qeyd etmək olar. Bundan başqa təkmilləşdirilmiş küy izolyasiyası və rəng hərarətini günün vaxtına uyğunlaşdıran adaptiv işıqlandırma gedişin rahatlığını təmin edir.

Yeni qısa marşrutlar və sürətli keçidlər, yükü azaldılmış metro xətləri və yollar ilə BDX paytaxtın bütün sakinləri və qonaqların gediş-gəlişini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq bir layihədir. Xətt şəhərin 3,3 mln insanın yaşadığı 34 rayonundan keçir ki, bu da bütün Moskva əhalisinin 30%-ni təşkil edir. Eyni zamanda 1,2 milyon moskvalının piyada gediş məsafəsində yeni metro stansiyası yaranıb. Rayonlar arasında yeni nəqliyyat əlaqələri gündə 45 dəqiqəyə qədər vaxta qənaət etməyə imkan verir.

Poliqon.info


Etiket: Moskva metrosu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay