Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əmlak bazarında qiymət artımı gözlənilmir”

İlk artım armatur üzərində oldu, qiymət 50 faiz artdı...

Azərbaycanda tikinti materiallarının bahalaşacağı ilə bağlı fikirlər irəli sürülür. Bəziləri tikinti materiallarının bahalaşacağını güman edirlər. Digər bir qrup isə tam əksini düşünür.

Bəs görəsən, bahalaşma gözləniləndirmi? Bahalaşmaya hansı amillər təsir göstərə bilər? Tikinti materiallarının qiyməti evlərin bahalaşmasına təsir edə bilərmi?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadovun sözlərinə görə, inşaat materialları fərqlidir, qiymətlər də ona əsasən dəyişir:

“2006-cı ildə armaturun 1 tonunun qiyməti 600-650 manat idi. Müəyyən bir dövrdən sonra 1000 manata çatdı. Tikinti şirkəti də qiymətini artırdı. Bu, daşınmaz əmlak bazarına ciddi şəkildə təsir göstərdi. Bütün sektorlarda qiymət artdı.

2020-ci ilin sonu 2021-ci ilin əvvəllərində armaturun qiyməti 1200 manata çatdı. İlk artım armatur üzərində oldu, qiymət 50 faiz artdı. Mişar daşının qiymətində də artım müşahidə olundu. Pandemiya dövründən sonra daşınmaz əmlak və inşaat materiallarının qiymətində 5-15 faiz artım müşahidə olundu. 2020-ci ildə taxtanın da qiyməti qalxdı”.

E.Azadov qeyd edib ki, 2022-ci ilin əvvəlində Rusiya və Ukrayna arasında müharibə ixracat və daşınmaya təsir göstərib:

“Ukraynadan ixracat tam dayandı, Rusiyadan daşınma xeyli azaldı. Rus rublu 25 faiz bahalaşdı. Oradan gələn taxta-şalban 25 faiz qalxdı. Bu da daşınmaz əmlakın maya dəyərinə təsir etdi.

Bazarın kütləvi istehlakçısı var. Onlar fərdi evlər tikib, satırlar. Son 1 ildə inşaat materialların kəskin artması fərdi evlərdə durğunluq yaratdı. Pandemiya dövründə külli miqdarda inşa edilən fərdi evlər oldu. Çoxu natamam qaldı. Onların maya dəyəri daha ucuzdur. Ötən ilin payızından etibarən inşaat materialların satışında ciddi durğunluq var. Taxta-şalbanının qiyməti düşdü, kərpicin, sementin qiyməti stabilləşdi. Armaturun qiyməti yüksəldi”.

Ekspert əlavə edib ki, bahalaşma üçün hər hansı bir səbəb yoxdur:

“Kütlənin tələbatı yoxdur. Vətəndaşlar tərəfindən istifadə olunan təmir materiallarının satışı ciddi şəkildə azalıb. 50 faiz azalma müşahidə olunur”.

İqtisadçı-ekspert Xalid Kərimli tikinti materiallarında bahalaşma müşahidə edilmədiyini söyləyib:

“Tikinti materiallarının bahalaşacağı güman edilmir. Ötən il bahalaşma baş verdi. Lakin ilin ikinci yarısında bu proses dayandırıldı. Hətta taxta materialı pandemiyadan öncəki qiymətlərə çatdı.

Qum və betonda bahalaşma daha çox müşahidə olunurdu. Onun əsas səbəbi yollara nəzarətsizlik idi. Maşına 3 qat artıq qum və ya beton doldurulurdu. Bu da qiyməti bahalaşdırırdı. Nəzarətdən sonra qarşısı alındı. Qumun maya dəyəri daşınma xərcidir. Hökumət yük maşınlarının yüklənməsinə nəzarət etdi. Bunların hamısı ötən ilin yayına qədər oldu. Əksinə qiymətlər stabilləşib”.

X.Kərimli əhalinin alıcılıq qabiliyyətinin inflyasiyanın təsiri altında olduğunu söyləyib:

“Tikinti bazarında əsas tələbatı ipoteka krediti qoruyur. Onlar alıcılara çox rahat kredit verir. Bu bazarı dəstəkləyir. İpoteka kreditləri rol oynayır. Yaxın zamanlarda nə material, nə də əmlak bazarında qiymət artımı gözlənilmir”.

Poliqon.info


Etiket: əmlak bazarı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Rusiya bazarında satılan erməni konyaklarının 90 faizi təhlükəlidir

Ən çox oxunanalar