ABŞ Rusiyaya mümkün silah tədarükü ilə bağlı Çinə şərtlər diktə etmək hüququna malik deyil…
Poliqon.info xarici mətbuata əsasən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin deyib.
Venbin qeyd edib ki, Ukraynadakı döyüş meydanını silahla təchiz edən məhz ABŞ-dır.
“Kim dialoqa və sülhə çağırır, kim silah paylayır və qarşıdurmaya təşviq edir?”, deyə çinli diplomat bildirib.
Çin nümayəndəsi vurğulayıb ki, ABŞ-ın Çinə mühazirə oxumağa haqqı yoxdur və Pekin heç vaxt ABŞ-ın Çin-Rusiya münasibətlərini diktə etməyə və ya təzyiq göstərməsinə imkan verməyəcək.
Poliqon.info