Bazar, 26 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kadırov özünün Özəl Hərbi Şirkətini yaradacaq

Çeçenistan rəhbəri Ramzan Kadırov “dövlət qulluğunda işini” başa vurduqdan sonra özünün şəxsi hərbi şirkətini yaratmağı və bununla da Yevgeni Priqojinin “Vaqner” şirkəti ilə “rəqabət” etməyi planlaşdırır…

Poliqon.info xəbər verir ki, bu barədə Çeçenistan lideri öz Telegram kanalında yazıb.

Yazının əvvəlində Kadırov etiraf edir ki, o, “Vaqner qrupu”nun döyüşçülərinin Ukraynadakı hərbi əməliyyatlar zonasında uğurlarına sevinməkdə davam edir və qeyd edir ki, onlar həmişə işin çətin tərəfini öz üzərilərinə götürürlər.

Çeçenistan rəhbərinin sözlərinə görə, “Vaqner” ÖHŞ artıq hərbi əməliyyatın indiki mərhələsində, “effektivliyini ciddi şəkildə sübut edib” və özəl hərbi şirkətlərin mövcudluğu üçün “zərurət haqqında söhbətin altından xətt çəkir”.

“Şübhəsiz ki, bu cür peşəkar birləşmələr lazımdır. Ona görə də dövlət qulluğunda işimi bitirdikdən sonra özəl hərbi şirkət yaratmağı ciddi şəkildə düşünürəm. Düşünürəm ki, hər şey yaxşı olacaq”, deyə Kadırov bildirib və mesajında Priqojini “əziz qardaşım” adlandırıb.

Çeçenistan rəhbəri sosial şəbəkələrdə dəfələrlə Yevgeni Priqojini tərifləyərək onu “doğulmuş döyüşçü”, “Vaqner” ÖHŞ-nin döyüşçülərini isə “Rusiyanın əsl peşəkarları və vətənpərvərləri, qorxmaz, inadkar, və cəsarətli insnları” adlandırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əli Mirəliyev: "Bilmirəm adamlara nə cavab verim"

Azərbaycanda ilk dəfə bəzi avtomobillər ucuzlaşıb

Paşinyanın helikopteri Böyük Qarakilsədə məcburi eniş etdi

"Eurolux"un rəhbəri və qardaşı oğlu niyə bıçaqlanıb?

Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - Yenilənib

Şuşa şəhərinə yeni köçürülən 32 ailəyə mənzillərin açarları təqdim edilib - Yenilənib

30 yaşlı kişiyə ərə veriləcəyi deyilən doqquzuncu sinif şagirdi ilə bağlı rəsmi açıqlama

Azad olunan ərazilərdə yeni sərhəd zastavası xidməti istifadəyə verilib

Zelenski Rusiya ilə atəşkəsə dair danışıqlardan imtina edib

“Şuşa – İƏT-in Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı ilə bağlı Protokol təsdiqlənib

Ən çox oxunanalar