Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan xilasedicisi: "Tapdığımız qızılları Türkiyə jandarmasına təhvil verdik"

"Kahramanmaraşda dağıntılar altından tapdığımız qızılları jandarmaya təhvil verdik".

Bunu "Report"un Türkiyəyə ezam olunan əməkdaşına açıqlamasında Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin giziri Əliş Şirzadov deyib.

Onun sözlərinə görə, sona qədər Türkiyədə axtarış-xilasetmə işlərini davam etdirəcəklər: "Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyəyə gəlmişik. Artıq 10 gündən çoxdur ki, Kahramanmaraşda axtarış-xilasetmə işləri aparırıq. Burada dağıntılar altından 53 insanı sağ, 771 nəfərin isə meyitini çıxartmışıq. Əlbəttə, dağıntılar altından qardaş-bacılarımızın nəşini çıxartmaq bizim üçün çox üzücüdür. Əlimizdən gələn nə varsa edirik. Həmçinin, Türkiyədə zəlzələdən zərərçəkmişlərə humanitar yardımlar da göstəririk. Sona qədər də qardaşlarımızın yanındayıq".

"Qrup rəhbərimiz Arif Şahbazlı, mən və Elvin adlı əməkdaşımız Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları aparan zaman dağıntıların altından qızıl-zinət əşyaları tapdıq. Mən də həmin əşyaları qrup rəhbərimin iştirakı ilə jandarma əməkdaşlarına təhvil verdim. Bu, bizim üçün şərəfdir".


Qeyd edək ki, Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın FHN-in 760 nəfərlik heyəti zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 39 672 nəfər dünyasını dəyişib.

Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Fotolar

poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

Aslan İsmayılov iş adamı İlham Qasımovu ifşa etdi - “Dələduzluğunu davam etdirir...”

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği kəskin artırılır

Şuşada “Türktransp­lant”ın təsis edilməsinə dair niyyət protokolu imzalanıb - Yenilənib

Moskvada Prezident İlham Əliyevin Putinlə görüşü olub - Yenilənib

Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib - Video

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Ermənistan Prezidenti: COP29-a qədər Azərbaycanla sülh imzalamağa ümid edirik

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay