Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya XİN Moldova Prezidentinin iddialarını əsassız adlandırıb

Moldova Prezidenti Maya Sandunun iddiaları əsassızdır...

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moldova Prezidentinin "Rusiya Moldovada dövlət çevrilişi planlaşdırır" bəyanatına münasibət bildirərkən deyib.

"Bu cür iddialar tamamilə əsassız və sübutsuzdur. Onlar ABŞ, digər Qərb ölkələri və Ukrayna tərəfindən tez-tez istifadə olunan klassik texnikalar ruhunda qurulur. Əvvəlcə yoxlanılması mümkün olmayan gizli kəşfiyyat məlumatlarına istinad edərək ittiham edirlər, sonra isə öz qanunsuz hərəkətlərinə haqq qazandırmaq üçün istifadə edirlər. Aydındır ki, “Rusiyanın Moldovada sabitliyi pozmaq planı” ilə bağlı dezinformasiyaya başlayan Kiyevin əsl məqsədi Kişinyovu Rusiya ilə sərt qarşıdurmaya çəkməkdir. Öz növbəsində, Moldova hakimiyyət orqanları Rusiya təhlükəsi mifindən istifadə edərək, Moldova vətəndaşlarının diqqətini, ilk növbədə, indiki administrasiyanın uğursuz sosial-iqtisadi kursunun yaratdığı daxili problemlərdən yayındırmaq, fərqli fikirlərə və siyasi rəqiblərə qarşı mübarizəni gücləndirmək məqsədilə bu feyki təsdiqləyiblər. Yeri gəlmişkən, bu cür planlar artıq həyata keçirilir və onlar açıq şəkildə rusofobik rəvayətlərdə yer alır. Maraqlıdır ki, Moldovanın özündə də çoxları Maya Sandunun bəyanatını etimadsızlıq və çaşqınlıqla qarşılayıblar”, - Zaxarova qeyd edib.

XİN Rusiyanın Moldova Respublikasındakı vəziyyəti “silkələmək” istəyi ilə bağlı iddiaları qətiyyətlə rədd etdiyini bəyan edib.

“Qərb ölkələrindən və Ukraynadan fərqli olaraq, biz Moldovanın və dünyanın digər ölkələrinin daxili işlərinə qarışmırıq. Rusiya Moldova Respublikasının təhlükəsizliyinə təhdid yaratmır və qarşılıqlı faydalı və bərabərhüquqlu ikitərəfli əməkdaşlığın inkişafının tərəfdarıdır. Biz Moldova hakimiyyətini nəhayət dövlətçilik nümayiş etdirməyə, kənar təxribatlara uymamağa və Rusiya ilə sabit dostluq münasibətlərinin Moldovaya gətirə biləcəyi böyük üstünlükləri dərk edərək öz hərəkətlərində öz ölkəsinin vətəndaşlarının maraqlarını rəhbər tutmağa çağırırıq”, - Rusiya XİN-in saytında Mariya Zaxarovnın adından yayılan şərhdə qeyd olunub.

poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Ən çox oxunanalar