Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qorxu, qəzəb və etiraz - Orxan Pamukun zəlzələ ağısı...

Həqiqət budur ki, mən xalqımızın bu qədər qəzəbli olduğunu heç vaxt görməmişdim...

Orxan Pamuk, Nobel mükafatı laureatı
The New York Times qəzeti

Kədərli gözlü qızın təxminən on, bəlkə də on iki yaşı var idi. Kişi cib telefonunun kamerasına baxaraq ağır-ağır hərəkət edirdi. Onun hərəkətləri ümumiyyətlə yavaş və ağır idi. Videonu çəkən kişi onu görən kimi təəccüb və sevinc göz yaşlarına boğulur: “Burada kimsə var! Burada kimsə var!”, deyə o, qışqırır.

Amma ətrafda sadəcə boz işıq və yağan qarın səssizliyi başqa heç kim yoxdur. Bu mənzərə Türkiyənin cənub-şərqində Rixter cədvəli üzrə 7,8 və 7,5 bal gücündə iki zəlzələnin baş verdiyi bir yerdə baş verib.

Kişi sinəsi aşağıda betona yapışmış qıza yaxınlaşır. Onların bir-birini tanımadıqları aydındır. Kişi ondan soruşur: “Susamısan?”. Qız cavab verir ki, mən üşümüşəm, qardaşım da burdadır. Kişi soruşur: “Hərəkət edə bilərsənmi?” və qız zəif cavab verir: “Yox”.

Səsi getdikcə zəifləsə də, nəhayət, səsini dünyaya çatdıra bildi. Amma onun gözlərində ümid yox idi. Səhər saat 04:00-da ərazidə baş verən ilk zəlzələdən yarım gün keçmişdi və tezliklə qaranlıq yenidən çökəcəkdi.

Kişi yenə ondan soruşur: “Ayağını tərpədə bilirsənmi?”. Qız zəif səslə cavab verir: “Çox çətinliklə”. İndi onun üzündə yeni bir ifadə yaranır, sanki nəyisə gizlədir, ya da nədənsə utanır.

Zəlzələnin ağrıları üzərinə gecə arabir yağan qarla birlikdə səhəyavaş-yavaş açılmağa başlayır.

Başa düşürük ki, telefonunun kamerası ilə çəkiliş aparan kişi qızı tək başına bu nəhəng beton yığınının içindən çıxara bilmədiyi üçün nə edəcəyini bilməyib. Nəhayət, yerə sükut çökür və hər ikisi susur. Zaman keçdikcə qızın gözləri qaralır, ağrıları, iztirabları üzündə əks olunur.

Kişi deyir: “Sən orada dayan. Dərhal gedib kömək gətirəcəm”. Amma səsindəki şübhə özünə xəyanət edir və o da öz dediyinə əmin deyil. Zəlzələ nəticəsində dağılmış bu həyət şəhərin mərkəzindən çox uzaqdadır və yollar, körpülər dağıldığı üçün buradakı zərərçəkənlərə kömək əli hələ çatmayıb və yəqin ki, yaxın vaxtlarda da çatmayacaq.

Burada yaşayanlar, dağılmış binaların dağıntıları altından sağ çıxanlar və sağ qalanlar gecə qardan və soyuqdan sığınmaq üçün başqa yerlərə gediblər. Eləcə də, yəqin ki, onların ailəsindən bacısı və qardaşından başqa heç kim sağ qalmayıb və ona görə də heç kim onlara zəng vurmur, harada olduğunu soruşmur.

Qız isə “getmə!”, deyərək qışqırır

“Gedəcəm, amma qayıdacam!” deyir kişi. “Səni burda buraxmayacam. Gedim kömək agətirəcəm”.

Yarım gündən çox dağıntılar altında qalan qızın özünü ölümə hazırladığı və müqavimət göstərməyə gücü çatmadığı aydındır.

“Getmə!” deyə yenə pıçıltı kimi qışqırdı. Kişi yenə: "Gedib sənə kömək gətirəcəm”, deyir. Bu dəfə səsi daha gur çıxsa da, nədənsə ona inana bilmirik.

Mobil telefonla çəkilən görüntü burada bitir. O balaca qızcığazı xilas edib-etmədiyini isə bilmirik. Bu video, zəlzələnin ilk günündə izlədiyim və məni saatlarla ekrana bağlı saxlayan yüzlərlə çarəsiz kömək fəryadı və lentə alınan kadrlardan biri idi. Dağıntılar altında qalan qızın videosunu çəkən şəxs bir çoxları kimi heç bir şərh vermədən videonu birbaşa Twitter-də yerləşdirib.

Qızı xilas etdikdən sonra onu göstərən başqa bir videonun yayımlanmasını gözlədim, amma heç nə olmadı. Kömək gətirmək, əlbəttə ki, cib telefonunda çəkiliş aparan adamın düşündüyü qədər asan deyildi. Rəsmi statistikaya görə, 7 minə yaxın bina dağılıb və ya zədələnib. Zəlzələ Suriyada da baş verib. Həqiqi ölənlərin sayının çox yüksək olduğu kimi (son rəqəmlər 23,000-dən çox olduğunu göstərir), dağılan strukturların sayının daha çox olacağı ehtimal edilir.

Artıq yollar bağlı olduğundan, elektrik enerjisinin kəsilməsi və mobil telefondan həddən artıq istifadə şəbəkələrə təzyiq göstərdiyi üçün kənd qəsəbə və kəndlərində baş verənlər barədə çox az şey məlumdur. Sosial şəbəkələrdə bəzi kəndlərin tamamilə dağıdıldığına dair yazılar var, bəs bu doğrudurmu?

Bu, son 80 ildə Türkiyədə baş verən ən böyük zəlzələ və həyatımda şahidi olduğum dördüncü ən böyük zəlzələdir. 1999-cu ildə 17 mindən çox insanın həyatını itirdiyi Mərmərə zəlzələsindən sonra bu fəlakətin vurduğu şəhərlərdən biri olan Yalovaya getdim. Mən saatlarla beton dağıntıları arasında dolaşdım, günah və məsuliyyətlə doldum və nəhayət kiməsə kömək edə bilməyərək evə gəldim. O günün kədərli səhnələri kimi, unutmaq istədiyim, lakin heç vaxt bacarmadığım məyusluq və kədər halımı xatırlayıram.

Bu gün şəkillər daha yeni, lakin hələ də çox tanış olan başqa şəkillər yığılır. Çarəsizlik hissi isə bitib tükənmir. Hava limanları və yollar ciddi şəkildə zədələndiyindən, hətta böyük media orqanları zəlzələdən zərər çəkmiş və böyük dağıntı qalaqlarına çevrilmiş böyük şəhərlərə çatmaq üçün bir neçə saat vaxt sərf etdi. Fəlakətdən yarım gün sonra dağılmış qarla örtülmüş küçələrə çatdılar və milyonlarla qəzəbli, köməksiz insanlarla qarşılaşdılar.

Türkiyə hökumətinin açıqladığı rəqəmlərə görə, zəlzələdən 13,5 milyon insan zərər çəkib. Ümumdünya Səhiyyə Təşkilatı Türkiyə və Suriyada baş verən zəlzələdən zərər çəkənlərin sayının təxminən 23 milyon olduğunu təxmin edib. Bölgədə gecə saatlarında baş verən Rixter cədvəli üzrə 7,8 bal gücündə ilk zəlzələdən 9 saat sonra daha 7,5 bal gücündə bir zəlzələ baş verdi və bu fəlakət qeyri-adi həddə çatdı. Episentri birinci zəlzələdən təxminən 60 mil uzaqlıqda olan bu ikinci zəlzələ, ilk zəlzələdən sonra milyonlarla insanı yeni qorxu və ağrı səhnələrinin şahidi olmağa məcbur etdi.

Bu şəxslərin bir çoxu telefon kameraları ilə çəkdikləri dəhşətli səhnələri şərhsiz sosial şəbəkələrdə yerləşdiriblər. Bu səhnələr iki mesaj daşıyırdı.

Birincisi: fəlakətin nəhəng və şokedici miqyası.

İkincisi, bütün ölkəni bürüyən acizlik və məhrumiyyət hissi.

Zəlzələnin arxada qoyub getdiyi fəlakət səhnələri bir tərəfdən həmrəylik və əməkdaşlıq ruhunu canlandırsa da, digər tərəfdən insanların dəlil toplamaq, başlarına gələnləri başqaları ilə bölüşmək istəyini oyadıb. Zəlzələnin vurduğu hər şəhərin göbəyindəki zibil qalaqları arasında kameraman və müxbir, ya da əllərində fotoaparat olan hər kəsə deyirdilər ki, “gəl bunu çək, bunu çək, bizə kömək lazımdır. Yemək lazımdır, Hökumət və xilasetmə qrupları haradadır?”.

Doğrudan da yardım göndərilib, lakin onlar zəlzələ bölgələrindən yüzlərlə kilometr uzaqda tıxaclı yollarda saatlarla gözləyiblər.Yaxınlarını və evlərini itirənlər öz şəhərlərində yanğınla mübarizə aparmağa kömək edəcək adam tapa bilmirdilər.

Ona görə də qarşılarına çıxan hər hansı polisin və ya dövlət məmurunun yolunu kəsərək etiraz etdilər.

Həqiqət budur ki, mən xalqımızın bu qədər qəzəbli olduğunu heç vaxt görməmişdim. Fəlakətdən iki gün sonra böyük şəhər mərkəzlərinə bəzi yardımlar gəldi, lakin çoxlarının fikrincə, bu yardımqeyri-adekvat və çox gec idi.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Moskvada “9 May” qələbə günü münasibətilə hərbi parad keçirilib - Canlı yayım

Ən çox oxunanalar