Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqton ABŞ-ın hava məkanında vurulan aerostatla bağlı Çinə qarşı tədbirlər görəcək

Çin aerostatının Amerika ərazisi üzərində uçuşunu təmin edən ÇXR məsulları cəzalandırılacaq…

Poliqon.info xəbər verir ki, bu barədə cümə axşamı Dövlət Departamentinin adı açıqlanmayan rəsmisinə istinadən Politico nəşri məlumat yayıb.

Dövlət Departamentinin yüksək rütbəli rəsmisi Poliqico-ya bildirib ki, Prezident administrasiyası ABŞ üzərində kəşfiyyat balonunun göndərilməsində iştirak edən Çin təşkilatlarını necə cəzalandıracağını müəyyənləşdirir.

Eyni zamanda mənbə iddia edib ki, Birləşmiş Ştatların üzərində səmada aşkar edilən aerostat ÇXR-in beş qitədə 40-dan çox ölkəni əhatə edən böyük kəşfiyyat proqramının yalnız bir hissəsidir. Mənbə qeyd edib ki, Çin Xalq Azadlıq Ordusu kəşfiyyat üçün tez-tez hava şarlarından istifadə edir və aerostatların istehsalçısı birbaşa ÇXR Müdafiə Nazirliyinə bağlıdır.

Politico yazır ki, Amerikanın “Lockheed U-2” yüksək hündürlükdə kəşfiyyat təyyarəsi hava şarını müşahidə edərkən onun elektron kəşfiyyat apara biləcəyini və ehtimal ki, hər hansı obyektin yeri haqqında məlumat toplamaq və ötürmək qabiliyyətinə malik radara malik olduğunu aşkar edib. Balonda həmçinin bu avadanlığın işləməsini təmin edə bilən günəş panelləri olub.

Qeyd edək ki, keçən həftə ABŞ səmasında Çin aerostatı edilib. Çin Xarici İşlər Nazirliyi bildirib ki, hava şarı mülki xarakter daşıyır, elmi məqsədlər üçün istifadə olunur, əsasən meteoroloji araşdırmalar aparırı və kursdan çıxaraq ABŞ-ın hava məkanına daxil olub. Bir həftə sonra ABŞ hərbçiləri şarı vurublar. Əməliyyatda bir neçə qırıcı cəlb edilib və hədəf sonda AIM-9X raketindən istifadə edərək F-22 qırıcısı tərəfindən vurulub.

ABŞ səmasında Çin aerostatının peyda olması iki ölkə arasında diplomatik qalmaqala səbəb olub. ABŞ dövlət katibi Entoni Blinken hətta Çini ABŞ-ın “suverenliyini pozmaqda” ittiham edərək fevralın 5-6-da Pekinə səfərini təxirə salıb. Öz növbəsində, Pekin hava şarının vurulmasından sonra rəsmi etirazını bildirib və mümkün cavab tədbirləri barədə xəbərdarlıq edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üzrü qəbahətindən böyük icra hakimiyyəti: Başçının tökdüyünü şöbə müdiri toplaya bilmədi

Doqquzuncu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir - Rəsmi açıqlama

Azərbaycanın vergi-gömrük orqanlarının büdcə öhdəliyi artırılır

Türkiyə millisinin AVRO-2024 üçün heyəti açıqlandı

Azərbaycanda iqtisadi fəaliyyət xərcləri 2 milyard manatdan çox artırılır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edib

Azərbaycanın icmal büdcəsinin gəlirləri üzrə proqnoz 12 %, xərcləri üzrə proqnoz isə 8 % artırılır

İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu itkin düşdü

Lukaşenko İran Prezidenti Rəisinin ölümündə ABŞ-ni günahlandırıb

Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 11 % artırılır

Ən çox oxunanalar