Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda ofisə basqın edən şəxs polis rəisinin qardaşı imiş - Yenilənib

Faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir...

Bakıda obyektə basqın edən şəxs polis rəisinin qardaşı olub.

Bununla bağlı Teleqraf.com məlumat yayıb.

Bildirilib ki, hadisə Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində fevralın 1-də, gecə saatlarında baş verib.

Belə ki, Samir Qarayev dostu ilə birlikdə ofisə daxil olaraq obyekt sahibi Allahverdiyev Musa Allahverdi oğlunu döyüb. M.Allahverdiyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları tərəfindən görülən tədbirlərlə hər iki şəxs - S.Qarayev və H.Məmmədzadə müəyyən olunaraq saxlanılıb.

Samir Qarayev Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Seymur Qarayevin qardaşıdır.

İstintaq davam edir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətidən Oxu.Az-a ofisə basqın edən şəxsin polis rəisinin qardaşı olması təsdiqlənib.

***

Bakıda ofisə basqın edilib.

“Trend”in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsində yerləşən ofislərin birində baş verib.

Dünən gecə saatlarında Samir Qarayev adlı şəxs idmançı dostu ilə birlikdə ofisə daxil olaraq obyekt sahibi Allahverdiyev Musa Allahverdi oğlunu döyüb. M.Allahverdiyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı daxil olan məlumat əsasında polis əməkdaşlarının gördükləri tədbirlərlə hər iki şəxs - S.Qarayev və H.Məmmədzadə - müəyyən olunaraq saxlanılıb.

Xəsarətlərin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertiza təyin olunub.

Faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.

pia.az


Etiket: Bakı ofis basqın


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

“Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Ən çox oxunanalar