Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kadırov Paludan qarşıdurması - Çeçenistan lideri cəmiyyəti belə insanlardan azad edəcəyin deyib…

Kadırov Rusiya səfirliyində qarşısında “Quran”ı yandıracağını vəd edən Rasmus Paludana belə bir şans verməyəcəyini bildirib…

Çeçenistanın başçısı Ramzan Kadırov Danimarkadan olan siyasətçini əsl dini terrorçu adlandırıb. Çeçenistan lideri cəmiyyəti belə insanlardan azad edəcəyinə əmin edib.

PİA.az xarici mətbuata istinadən xəbər verir ki, Danimarkalı ifrat sağçı Hard Deal (Sərt siyasət) partiyasının lideri Rasmus Paludanla Çeçenistanın başçısı Ramzan Kadırov arasında söz dueli yaşanıb.

Qeyd edək ki, Rasmus Paludan bu ay İsveç və Danimarka paytaxtlarında Türkiyə səfirliyi qarşısında bir neçə etiraz aksiyası keçirib. Danimarkalı siyasətçi yerli hüquq-mühafizə orqanlarının ciddi nəzarəti və mühafizəsi altında Türkiyə səfirliyinin yaxınlığında Qurani-Kərimi yandırıb.

Buna cavab olaraq çeçen əsilli isveçli boksçu Paludanın hərəkətini tənqid edib. Danimarkalı siyasətçi ona ünvanlanan sözlərə qarşılıq olaraq Rusiya səfirliyinin qarşısında da “Quran”ı yandıracağına söz verib və əlavə edib ki, Çeçenistan kiçik bir bölgədir və heç nəyi həll etmir.

Bundan sonar Çeçenistan rəhbəri Ramzan Kadırov damübahisəyə qatılıb və Danimarkalı olan siyasətçini əsl dini terrorçu adlandırıb. Çeçenistan lideri cəmiyyəti belə insanlardan azad edəcəyinə əmin edib.

"Qərb dünyasının əsl dəyərləri bütün əzəməti ilə qarşımızda təqdim olunur. Görün qorxağın biri xalqın gözü qarşısında müqəddəs kitabı necə yandırır və bu zaman polis onun təhlükəsizliyini təmin edir. Onlarla hər hansı hörmət, cəsarət, şərəf və qürur haqqında danışmağa dəyərmi?”, deyə Kadırov sosial şəbəkələrdə yazıb.

“Üstəlik, bu qəddar adam aksiyalarından birini şəxsən mənə həsr edib. Mən Danimarkadan olan dini terrorçunun bu cinayətini gözdən qaçırmayacağam", deyə Çeçenistan rəhbəri əlavə edib.

Ramzan Kadırov söz verib ki, nə qədər ki, belə insanlar var, o, dayanmayacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üzrü qəbahətindən böyük icra hakimiyyəti: Başçının tökdüyünü şöbə müdiri toplaya bilmədi

Doqquzuncu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir - Rəsmi açıqlama

Azərbaycanın vergi-gömrük orqanlarının büdcə öhdəliyi artırılır

Türkiyə millisinin AVRO-2024 üçün heyəti açıqlandı

Azərbaycanda iqtisadi fəaliyyət xərcləri 2 milyard manatdan çox artırılır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edib

Azərbaycanın icmal büdcəsinin gəlirləri üzrə proqnoz 12 %, xərcləri üzrə proqnoz isə 8 % artırılır

İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu itkin düşdü

Paşinyanın helikopteri Böyük Qarakilsədə məcburi eniş etdi

Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 11 % artırılır

Ən çox oxunanalar