Çərşənbə, 22 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərnişindaşımada qiymət artdı... - Vətəndaşların sosial vəziyyəti necə olacaq?

Azərbaycanda metro və avtobuslarda minimum gediş haqqı 40 qəpiyə qaldırıldı...

İqtisadçı-ekspert: “Məsələyə xidməti təşkil edən tərəflərindən baxanda qiymətlərin artırılması başa düşüləndir”.

“Digər tərəfdən təbbi ki, bunun sosial aspektləri var. Əhalinin alıcılıq gücünə onsuz da bütün istiqamətlərdə infilyasiya təzyiqləri var idi”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov metro və avtobuslarda minimum gediş haqqının artırılmasını PİA.az-a şərh edərkən qeyd edib.

Tarif Şurasının bu gün keçirilmiş növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və Azərbaycanda metro və avtobuslarda minimum gediş haqqı 40 qəpiyə qaldırılıb. Tarif Şurasının bu qərarı vətəndaşların sosial vəziyyətinə necə təsir edəcək və belə bir addımın atılması zəruri idi?

Sərnişindaşımalarda təyin edilən yeni qiymətləri PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənov ilə müzakirə edib.

Rəşad Həsənov: “2021-ci ildə hökumət vəd verdi ki, qiymət artımlarını və sərnişindaşımaya dəyən zərəri kompensasiya edən xüsusi model işlənib hazırlanacaq. Bu da baş vermədi”.

Şirkətlərin tələbini bu yöndə haqlı hesab edən ekspert PİA.az-a bildirib ki, son zamanlar avtoparkların yenilənməsi, bir sıra xidmətlərin keyfiyyətinin təmin edilməsi mümkün olmayıb:

“Əslində bu məsələnin iki tərəfi var: Xidməti təşkil edən tərəflər və istehlakçılar.

Məsələyə xidməti təşkil edən tərəflərindən baxanda qiymətlərin artırılması başa düşüləndir. Çünki ötən dövr ərzində yanacağın və enerji məhsullarının qiyməti bahalaşdı. 2021-ci ildə hökumət vəd verdi ki, qiymət artımlarını və sərnişindaşımaya dəyən zərəri kompensasiya edən xüsusi model işlənib hazırlanacaq. Bu da baş vermədi. Bir neçə ay bundan əvvəl sərnişindaşıma şirkətləri də bununla bağlı məsələni gündəmə gətirərək, məsələni aktuallaşdırdılar.

Əslində, şirkətlərin tələbi bu yöndə haqlıdır. Çünki avtoparkların yenilənməsi, bir sıra xidmətlərin keyfiyyətinin təmin edilməsi mümkün olmayıb. Dolayısıyla Azərbaycanda sərnişindaşımanın keyfiyyətinin aşağı düşməsinə və son nəticədə yenə də fərdi avtomobillərdən istifadəyə meyilliyin artmasına gətirib çıxardı.

Rəşad Həsənov: “Düşünürəm ki, belə bir dövrdə hökumət mümkün qədər bu kimi məsələlərə daha ehtiyatla yanaşmalı idi”.

Bu da onsuz da ölkədə problem olan, xüsusilə də Abşeron yarımadasında və Bakı şəhərində problem olan tıxacların daha da kəskinləşməsinə gətirib çıxara bilən bir model olmaqla yanaşı, eyni zamanda ekoloji fəsadları da artırır.

Amma digər tərəfdən təbbi ki, bunun sosial aspektləri var. Əhalinin alıcılıq gücünə onsuz da bütün istiqamətlərdə infilyasiya təzyiqləri var idi.

Düşünürəm ki, belə bir dövrdə hökumət mümkün qədər bu kimi məsələlərə daha ehtiyyatla yanaşmalı idi. Bu xərclərin hansısa formada subsidiyalaşdırılması (onsuz da xərclər bir sıra istiqamətlərdə, məsələm metrolarda subsidiyalaşdırlır) və yaxud da daha yumşaq bir formanın tapılması daha yaxşı olardı. Çünki bu indiki halda əhalinin gözləntilərinə və alıcılıq gücünə daha adekvat bir mövqe olardı. Qiymətlərin artırılması ilə bağlı qərarın qəbul edilməsi isə əhalinin sosial vəziyyətini daha da ağırlaşdırıb. Çünki gündəlik istehlak mallarının qiymətləri də sürətlə və durmadan artır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Pakistan və Əfqanıstanda zəlzələ nəticəsində 11 nəfər ölüb - Yenilənib

Əlil arabasına möhtac qalan Tağı Əhmədovla bağlı yeni iddia

Nizamini farslaşdırmağa çalışan çarəsiz İrandan daha bir təxribat - Video

Qoz, sirkəli salat, siqaret: İçki içmək ədəbinin incəlikləri professorun dilindən

Vətən müharibəsi şəhidinin ailəsinə Bakıda ev verildi - Foto

“Real Madrid” futbolçusuna 1 milyard avro qiymət qoydu

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş siyahı + Foto

Avstriya - Azərbaycan oyununu yayımlayacaq kanal məlum oldu

MN: Sülhməramlı kontingentin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi qəbuledilməzdir

Ən çox oxunanalar