Bazar, 26 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lənkəranda qanunsuz meşə materialının daşındığı müəyyən edilib - Foto

Meşə materiallarının haradan əldə olunmasının müəyyən edilməsi ilə bağlı hazırda araşdırma aparılır...

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lənkəran rayonunda 12-BH-750 dövlət nömrə nişanlı QAZ-53 markalı nəqliyyat vasitəsi ilə qanunsuz meşə materiallarının daşındığı müəyyən edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı Qubadlı rayon sakini Rafəddin Həsənəliyevin idarə etdiyi avtomobilin yük yerində qanunsuz yolla əldə olunmuş 5 kubmetr həcmində odun aşkar olunub.

Lerik rayonunda keçirilən nəzarət tədbirləri zamanı isə rayon sakini Qabil Qubadova məxsus həyətyanı sahədəki ağac emalı sexində qanunsuz yolla əldə edilmiş 0,9 kubmetr həcmində işlik meşə materialı müəyyən edilib.

Bəhruz Məhəmmədovun sözlərinə görə, meşə materiallarının haradan əldə olunmasının müəyyən edilməsi ilə bağlı hazırda araşdırma aparılır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ilk dəfə bəzi avtomobillər ucuzlaşıb

Əli Mirəliyev: "Bilmirəm adamlara nə cavab verim"

Paşinyanın helikopteri Böyük Qarakilsədə məcburi eniş etdi

"Eurolux"un rəhbəri və qardaşı oğlu niyə bıçaqlanıb?

Şuşa şəhərinə yeni köçürülən 32 ailəyə mənzillərin açarları təqdim edilib - Yenilənib

Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - Yenilənib

30 yaşlı kişiyə ərə veriləcəyi deyilən doqquzuncu sinif şagirdi ilə bağlı rəsmi açıqlama

Azad olunan ərazilərdə yeni sərhəd zastavası xidməti istifadəyə verilib

İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir - Yenilənir    

Zelenski Rusiya ilə atəşkəsə dair danışıqlardan imtina edib

Ən çox oxunanalar