Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Misir prezidentinin səfərinin Azərbaycan və Ermənistan üçün fərqli əhəmiyyəti...

Maraqlıdır ki, Misir prezidenti Cənubi Qafqqazın digər ölkəsi Gürcüstana səfər etməyib...

Politoloq: “Misir prezidenti Sisi Cənubi Qafqazı öyrənmək istəyir. Çünki Misirin regionla bağları hələ SSRİ dövründən olsa da, faktiki olaraq Sisi üçün bu region yaddır”.

Azərbaycan-Ermənistan münaqişəsinin normallaşma prosesində Misir kifayət qədər mühüm ölkə ola bilər”.

Bu sözləri politoloq Turan Rzayev Misir prezidentinin Azərbaycana və Ermənistana səfərini PİA.az-a şərh edərkən qeyd edib.

Ötən həftənin sonunda Misir prezidenti Əbdülfəttah Əs-Sisi AzərbaycanErmənistana səfər edib. Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında bir sıra sənədlər imzalanıb. Ermənistanda isə Sisi prezident və baş nazirlə görüşüb. Maraqlıdır ki, Misir prezidenti Cənubi Qafqqazın digər ölkəsi Gürcüstana səfər etməyib.

Misir prezidenti Sisinin Azərbaycana və Ermənistana səfərini necə dəyərləndirmək olar? Bu səfərin AzərbaycanErmənistan üçün hansı fərqli əhəmiyyəti var?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Turan Rzayevlə müzakirə edib.

Turan Rzayev: “Sisin Ermənistana səfəri xüsusi əhəmiyyət kəsb etmir. Çünki Ermənistan regionun elə bir ciddi iqtisadi dövləti deyil”.

Misir prezidentinin ölkəsinin əvvəlki qüdrətinin qaytarmaq üçün ölkəsinə investisiya yatırılmasının nə dərəcədə effektiv olduğunu bilmək istədiyini düşünən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, eyni zamanda Sisi region ölkələri ilə əməkdaşlığın nə dərəcədə prospektiv kəsb etdiyini öyrənmək istəyir:

“Misir prezidentinin səfəri gözlənilən idi. Belə ki, bir müddət öncə onun yaxın günlərdə regiona səfəri çərçivəsində Azərbaycana və Ermənistana səfər edəcəyi bildirilmişdi.

Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfərini iki kontekstdə dəyərləndirmək lazımdır:

Birincisi, iqtisadi səbəblərdir. Misir “Ərəb baharı”nın ölkəyə vurduğu izləri aradan qaldıran nadir ərəb ölkəsidir. Ölkə əvvəlki gücünü yenidən toplamaq üçün yeni bazarlar, investisiyalar və gəlirli layihələrin arayışındadır.

Misir Azərbaycanın həm Avrasiya regionunda, həm də Cənubi Qafqazda parlayan ulduz olduğunu yaxşı başa düşür. Xüsusilə də Azərbaycan torpaqlarının 20 faizinin 27 ildən artıq erməni işğalında olmasına baxmayaraq TAP və TANAP kimi meqa layihələrin ərsəyə gəlməsi, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra sürətli quruculuq və bərpa işlərinin başlaması, Asiya ölkələri kimi Avropa ölkələri ilə də münasibətlərin yaxşı olması Misir üçün ölkəmizi cəzbedici edir.

Bu mənada Misir prezidentinin ölkəmizə səfəri həm rəsmi Qahirənin İkinci Qarabağ müharibəsindən sonra region ölkələrinin, xüsusilə də Azərbaycanın iqtisadi vəziyyətinin yaxından öyrənilməsi, həm də iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq perspektivlərini dəyərləndirmə xarakteri daşıyır. Prezident Əbdülfəttah Əs-Sisinin Azərbaycanın iş adamları ilə görüşməsi də bunu təsdiqləyir.

Misir Azərbaycanın ərsəyə gətirdiyi TAP və TANAP layihələrini yüksək qiymtələndirir. Son illərdə Aralıq dənizində aşkarlanan neft və qaz yataqları region ölkələri üçün kifayət qədər vacib fürsətlər yaradıb. Misir Aralıq dənizində neft və qaz yataqlarının axtarışı, aşkarlanan yataqlardan neft və qaz emalı sahəsində rəsmi Bakının təcrübəsindən istifadə etmək istəyir.

Turan Rzayev: “Misir-İsrail, Misir-Türkiyə münasibtələrinin normallaşmasında rəsmi Bakının diplomatik fəaliyyəti misilsizidir”.

Digər önəmli bir nüans isə Misirin gələcəkdə neft və qazı Avropa bazarına çıxarmaq üçün Türkiyə ərazisindən keçən TANAP boru kəmərinə qoşulmaq istəyidir. Məsələ ondadır ki, bundan öncə İsrail tərəfi belə bir istək ilə çıxış etmiş, Aralıq dənizinin dibi ilə Türkiyənin Ceyhan limanınadək uzanacaq, daha sonra TANAP layihəsinə qoşulacaq yeni meqa layihəni elan etmişdi. Misir də öz növbəsində bu layihəyə qoşularaq, dolayı yolla TANAP layihəsinə qoşulmaq istəyir.

Azərbaycan Misirin siyasi sahədə ən etibarlı tərəfdaşlarındandır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Misirlə bağlı hər zaman təmkinli mövqeyini qoruyub. Hakimiyyət uğrunda mübarizədə və “Ərəb baharı” prosesində rəsmi Bakı bitərəf mövqedə olub. Bundan əlavə, Misir-İsrail, Misir-Türkiyə münasibtələrinin normallaşmasında rəsmi Bakının diplomatik fəaliyyəti misilsizidir.

Bir daha qeyd edim ki, Misir prezidenti faktiki olaraq region ölkələrinə, eyni zamanda ölkəsinin maraqları çərçivəsində olan dövlətlərə həm investisiya yatıracağı, həm də digər məsələlərlə bağlı səfərlər edir. Bu istiqamətdə Sisinin Azərbaycana etdiyi səfər kifayət qədər diqqət çəkdi. Misir prezidentinin iş adamları ilə görüşməsi və bir sıra müqavilələrin imzalanması ondan xəbər verir ki, səfər iqtisadi maraq kəsb edirdi.

Misir prezidenti Sisi Cənubi Qafqazı öyrənmək istəyir. Çünki Misirin regionla bağları hələ SSRİ dövründən olsa da, faktiki olaraq Sisi üçün bu region yaddır. O hakimiyyəti dövründə Misirin güclənməsini və Misirin əvvəlki qüdrətinin qaytarmaq üçün ölkəsinə investisiya yatırılmasının nə dərəcədə effektiv olduğunu bilmək istəyir. Eyni zamanda Sisin region ölkələri ilə əməkdaşlığın nə dərəcədə prospektiv kəsb etdiyini öyrənmək istəyir.

Turan Rzayev: “Sisi bu səfərlə həmçinin onu demək istəyir ki, İranla münasibətləri Ermənistan inkişaf etdirdikcə, gələcəkdə onun ətrafında formalaşacaq koalisiyadan Ermənistan da zərər görəcək”.

Bu mənada hesab edirəm ki, Sisin Ermənistana səfəri xüsusi əhəmiyyət kəsb etmir. Çünki Ermənistan regionun elə bir ciddi iqtisadi dövləti deyil. Sadəcə olaraq Misir prezidenti Azərbaycan-Ermənistan münaqişəsini öyrənmək istəyir. Görünür bu istiqamətdə erməni tərəfinin də fikirləri onun üçün maraqlıdır. Yəni misal üçün Qarabağın bərpası istiqamətində Azərbaycana investisiya qoyulsa, gələcəkdə bu investisiyaya problemin yarana bilməsini yoxlamaq istəyir.

Digər tərəfdən Azərbaycan-Ermənistan münaqişəsinin normallaşma prosesində Misir kifayət qədər mühüm ölkə ola bilər. Misir tərəfsiz olaraq hər iki ölkəyə vasitəçiliyini təqdim edə bilər. Hesab edirəm ki, bu uğurlu bir seçim də olacaq.

Əlbəttə, digər bir məsələ də İran faktorudur. Çünki Azərbaycan-İran münasibətləri nə qədər gərgin olsa da, Ermənistan-İran münasibətləri kifayət qədər müsbət məcrada inkişaf edir. Misir maraqlanır ki, Ermənistanla İranın münasibətləri hansı kontekstində inkişaf edir və bu ümumilikdə İran ətrafında qurulan koalisiyaya nə dərəcədə təsir edə bilər. Ola bilsin ki, Sisi bu səfərlə həmçinin onu demək istəyir ki, İranla münasibətləri Ermənistan inkişaf etdirdikcə, gələcəkdə onun ətrafında formalaşacaq koalisiyadan Ermənistan da zərər görəcək.

Bu və digər səbəblərdən hesab edirəm ki, Sisinin Ermənistana səfəri Azərbaycan qədər maraqlı deyil. Çünki Misir prezidentinin Azərbaycana səfəri zamanı İranda səfirliyimizə hücum oldu. Bu da kifayət qədər ciddi məsələdir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar