Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və “başqa bir ölkə” İran hərbi zavoduna hücumda günahlandırılıb

İran Müdafiə Nazirliyinin İsfahan şəhərindəki hərbi zavoduna pilotsuz təyyarələrin zərbəsi amerikalılar və “başqa bir ölkə” tərəfindən edilib...

PİA.az xəbər verir ki, bu barədə Al Arabia telekanalı mənbələrə istinadən məlumat verib. Xəbərdə “başqa bir ölkə” bağlı heç bir konkret məlumat verilməyib.

Telekanalın məlumatına görə, hücumun hədəfi ballistik raketlərin olduğu anbar olub. Mövcud məlumatlara görə, İsrail hakimiyyətinin bu əməliyyatın nə keçirilməsi, nə də planlaşdırılması ilə heç bir əlaqəsi yoxdur.

Xatırladaq ki, İran Müdafiə Nazirliyinin zavoduna hücum yanvarın 29-a keçən gecə məlum olub. Rəsmi məlumata görə hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edilir ki, hücum və partlayışdan sonra hərbi obyektə dəymiş ziyan cüzidir.

Xatırladaq ki, Al Arabia mikrobloqlarında yanvarın 29-na keçən gecə İsrailin İranda hərbi əməliyyata başladığı barədə məlumat yayılmışdı. Yaxın Şərq media mənbələri və müxtəlif hesablar şəhərlərdə və hərbi bazalarda baş verən partlayışlar, hava hücumları, təyyarələrin uçuşları və üsyançıların fəaliyyəti ilə bağlı məlumatlar yerləşdirir. İsrail hakimiyyəti hərbi əməliyyatın keçirildiyini rəsmən açıqlamayıb və zərbələrə görə məsuliyyəti üzərinə götürməyib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Mayis Bərxudarov vəzifəsindən azad edildi və sərəncama göndərildi

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb

Qəzzada ölənlərin sayı 41,9 min nəfərə çatıb

Dünyanın ən yüksək maaş alan dövlət başçılarının adları açıqlanıb

İsraildə silahlı hücum nəticəsində bir nəfər ölüb, on nəfər yaralanıb

İsrail Hərbi Hava Qüvvələri Livanda "Hizbullah"ın 150-yə yaxın hədəfinə hücum edib

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

Ən çox oxunanalar