Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Fransa müdafiə xərclərini əhəmiyyətli dərəcədə artıracaq" - Makron

Fransanın 2019-2025-ci illər hərbi büdcəsi 295 milyard avro xərcləməyi nəzərdə tuturdu...

"Fransa ilin sonuna kimi müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmalı və nüvə qüvvələrini modernləşdirməlidir ki, bu da Rusiyanın Ukraynaya hücumundan sonra dünyada yaranmış təhlükələrlə üzləşməyə imkan verəcək".

Bunu Fransa prezidenti Emmanuel Makron Mont de Mansan qəsəbəsi yaxınlığındakı Landes Departamentində Hərbi Hava Qüvvələri bazasına baş çəkərkən fransız əsgərlərinə müraciətində deyib.

Makron 2024-2030-cu illər arasında müdafiəyə 413 milyard avro xərcləməyi təklif edir. Onun fikrincə, bu, dünyanın azad, təhlükəsiz və firavan inkişafına zəmanət verəcək.

Fransanın 2019-2025-ci illər hərbi büdcəsi 295 milyard avro xərcləməyi nəzərdə tuturdu.

Makron çıxışında hibrid müharibə təhlükəsi, həyati vacib infrastruktura kiberhücumlar və terrorizm təhlükələrindən də danışıb.

Fransa rəhbəri bildirib ki, ölkə nüvə qarşısının alınmasını gücləndirməlidir. Onun sözlərinə görə, nüvə silahının olması Fransaya Avropa İttifaqında xüsusi status verir.

"Fransada əsrin bütün çağırışlarına hazır olacaq orduları var və gələcəkdə də olacaq", - Emmanuel Makron əmin edib.(unikal)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Qəzzada ölənlərin sayı 41,9 min nəfərə çatıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay