Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bir milyard pul Azərbaycanda uşaq pulunu vermək üçün kifayət edərdi" - Partiya sədri 

Ötən gün mətbuatda Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubovun oğlunun hesabına stop qoyulması ilə bağlı məlumat yayılıb.

Qeyd olunub ki, Yaqub Eyyubovun ölkədən çıxararaq Latviyanın paytaxtı Riqa şəhərindəki bankda oğlunun adına qoyduğu bir milyard dollar vəsait dondurulub.

Maraqlıdır, məmurların gəlir deklarasiyası niyə ictimaiyyətə açıqlanmır? Onlar milyonları, milyardları necə əldə edir? Bu pullar ölkədən necə çıxarılır? Əgər həmin pullar büdcədən oğurluqdursa, onları geri qaytarıb işğaldan azad olunmuş ərazilərimizin bərpasına xərcələmək olmazmı?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirdi ki, Yaqub Eyyubovla bağlı məsələ gözlənilməz olmasa da, utancverci bir haldır.

Onun sözlərinə görə, bu cür məsələlərdə dövlət öz sözünü deməlidir:

“Bu məmurlardan hər şey gözləyirik.  Məsələn, Vasif Talıbovdan 44 milyard pul çıxdı, bunlar da bir milyardın başını bağlayırlar. Bunların hamısı ciddi işlərdir. Yəni bu çox narahatedici faktlardır və mən düşünürəm ki, bu məsələdə gərək dövlət öz sözünü desin. Dünya artıq bu barədə danışır. Digər məmurların hesablarını yoxlayırlar, onların dondurulması da gözlənilir. Yəni sadəcə olaraq, bütün bu məsələlərin hamısında dövlətdə bir boşluq var. Hökumətin üzvlərinin hamısında böyük qudurğanlıq, arxayınlıq var. Mən bunu dəfələrlə demişəm. Baş nazirin müavinidir, digərləridir, deyəndə də xətirlərinə dəyir. Amma indi elə deyil axı. Sadəcə olaraq bir milyard pul elə-belə pul deyil. Soruşmaq lazımdır ki, bu evin oğlu pulu hardan alıb? Bu, balaca dövlətin bir illik büdcəsidir. Görünür, oğurluq pullardır. Hər halda Azərbaycan hüquq-mühafizə orqanları ciddi hərəkətə keçməlidir və ciddi şəkildə tədbir görülməlidir. Onun oğlu həbs edilməlidir. Çox məsələlər var. Yaxın vaxtlarda biz də müəyyən məsələlərin üstün açacağıq. Müəyyən oğurluqların, büdcədən talan edilmələrin üst açılacaqdır. Bizdə də ciddi faktlar var”.

Partiya sədri dedi ki, bu hal artıq hökumətdəki məmurların korrupsiyaya qurşanmasının açıq şəkildə ortaya qoyulmasıdır.

“Gəlirlərin deklarasiyası haqqında qanun tərtib olunacaq və onlar da hərəkətə keçəcəkdir. Digər məmurların da pulları xarici dövlətlərdə bağlanacaq. Bu, açıq deyim ki, çox narahatedici haldır. Bir milyard pul Azərbaycanda uşaq pulunu vermək üçün kifayət edərdi. Polislərin maaşını qaldırmaq mümkün idi və Qarabağ qaziləri üçün xərclənə bilərdi. Bunlar bu pulu hardan alır? Hamısı elədir. Ziya Məmmədovun oğlu elədir. Vasif Talıbovdan çıxan pullar hardandır? Saymaqla qurtarmaq olmaz. Hansı birini qaldırsan, altda milyard söhbəti var. Buna görə də mən düşünürəm ki, çox qısa müddətdə bunların hamısının başı bağlanacaqdır. Bu, Azərbaycan xalqının pullarıdır. Sizin, bizim, hamımızın boğazımızdan oğurlanan pullardır. Məncə, təcili hüquq-mühafizə orqanları bu adamları həbs etməlidir. Soruşmalıdır ki, bu pullar hara gedib? Özləri cəhənnəm, bu, Azərbaycan dövlətinə baş qaxıncıdır. Dövlət üçün utancverici haldır. Dünyada artıq biabır olmuşuq”, - deyə Hafiz Hacıyev qeyd etdi.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Rusiya Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirib Ermənistandakı mövqelərini bərpa edə biləcəkmi?

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Ən çox oxunanalar