Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda tütün əkini sahələrinin azalmasının səbəbi açıqlanıb

Tütünçülük ölkəmiz üçün ənənəvi, əmək tutumlu, ixrac yönümlü vacib sahələrdən biridir...

Azərbaycandakı tütün emalı müəssisələrinin yerli xammala tələbatı azalıb.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov bildirib.

Onun sözlərinə görə, bu, tütün əkini sahələrinin də azalmasına səbəb olub: "Əgər 2021-ci ildə ölkədə 3 100 hektar sahədə tütün əkilmişdisə, 2022-ci ildə bu rəqəm 2 431 hektar olub. Çünki, emal müəssisələrinin sifarişləri azalıb. Nazirlik olaraq əsas strateji hədəfimiz budur ki, fabriklər yerli tütündən istifadə etsin. Amma onların da xammalın keyfiyyəti ilə bağlı xüsusi tələbləri var, əsasən Virciniya sortuna üstünlük verirlər. Ötən təsərrüfat ilində əkilmiş tütünün 75 %-dən çox dediyim sorta aid olub. Bu da keyfiyyətə doğru ciddi irəliləyişlərdir".

"Tütünçülük ölkəmiz üçün ənənəvi, əmək tutumlu, ixrac yönümlü vacib sahələrdən biridir. Bu sahənin inkişafı ilə bağlı dövlət proqramı qəbul edilib, bu çərçivədə xeyli işlər görülüb. Dövlət tütünçülüyə dəstək verir, fermerlərə məhsul subsidiyası ödəyir və bütün bunlar kompleks şəkildə məhsul istehsalını stimullaşdırır. 2022-ci ildə 11 rayonda tütün əkilib, 5 066 ton məhsul yığılıb, bu da yaxşı göstəricidir. Məhsuldarlıq 21 sentner təşkil edib", - deyə o qeyd edib.

pia.az


Etiket: Tütünçülük


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Almaniya Ukraynaya daha 10 "Marder" PDM və "Leopard 2" tank mərmiləri verib

Ən çox oxunanalar