Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Respublikaçılar arasında parçalanma böyüyür – Makkarti sövdələşmə təklif edir...

Sövdələşmələr spikerin səlahiyyətlərinin azaldılmasını və konqresmenlərin qanunların hazırlanmasında və qəbul edilməsində rolunun artmasını əsas görür…

Bu gün ABŞ Konqresinin Nümayəndələr Palatasının spkerinin seçkilərinin 11-ci turu keçirilib.

PİA.az xarici mətbuta əsasən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerinin seçilməsi üçün səsvermənin 11 turu keçirilib.

Seçkinin nəticələri növbəti dəfə Respublikaçıların Konqresin aşağı palatasındakı lideri Kevin Makkarti üçün heç də ümidverici olmayıb. Belə ki, Makkarti əvvəlki səsvermələrdən daha az səs toplayıb. Makkartinin aldığı səslər 203-ə qədər geriləyib.

Amerikanın Səsi” xəbər verir ki, Makkarti Nümayəndələr Palatasının spikeri vəzifəsinə seçilmək üçün rəqiblərinə sövdələşmə təklif edib. “Amerikanın Səsi”nin məlumatına görə, respublikaçılar spikerin gücünü zəiflədəcək və adi konqresmenlərə qanunvericilik prosesinə təsirini artırmağa imkan verəcək gələcək razılaşmanın konturları üzərində işləyirlər.

Makkarti hələ ki, seçilmək üçün lazım olan səsi toplayacağına ümid edə bilmir, lakin sövdələşmələr nəticəsində Makkartinin Respublikaçı rəqibləri ona dəstək verə bilərlər.

Makkartinin öz rəqibləri ilə razılaşma təklifləri Nümayəndələr Palatasının reqlamentində ediləcək dəyişikliklərlə bağlıdır. Bu dəyişiklikləri bir neçə aydır ki, mühafizəkar Freedom Caucus fraksiyası təklif edir.

Bu dəyişikliklər spikerin səlahiyyətlərinin azaldılmasını və konqresmenlərin qanunların hazırlanmasında və qəbul edilməsində rolunun artmasını əsas görür.

“Amerikanın Səsi”nin qeyd etdiyi kimi, Makkarti lazımi sayda səs toplaya bilsə belə, o, səlahiyyətlərinin bir hissəsini itirərək Nümayəndələr Palatasının tam səlahiyyətli lideri olmayacaq və daimi olaraq vəzifəsindən uzaqlaşdırılmaq təhlükəsi altında olacaq.

Yeni dəyişikliklərin mahiyyəti əvvəllər mövcud olan və bir konqresmenə belə spiker kürsüsünü boşaltmaq və yeni səsvermə təyin etmək təklifi verməyə imkan verən qaydaların bərpası dayanır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üzrü qəbahətindən böyük icra hakimiyyəti: Başçının tökdüyünü şöbə müdiri toplaya bilmədi

Doqquzuncu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir - Rəsmi açıqlama

Azərbaycanın vergi-gömrük orqanlarının büdcə öhdəliyi artırılır

Türkiyə millisinin AVRO-2024 üçün heyəti açıqlandı

Azərbaycanda iqtisadi fəaliyyət xərcləri 2 milyard manatdan çox artırılır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edib

Azərbaycanın icmal büdcəsinin gəlirləri üzrə proqnoz 12 %, xərcləri üzrə proqnoz isə 8 % artırılır

Politoloq: Gürcüstanda inqilabı istisna etmirəm...

İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu itkin düşdü

Lukaşenko İran Prezidenti Rəisinin ölümündə ABŞ-ni günahlandırıb

Ən çox oxunanalar