Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hafiz Hacıyev Prezident İlham Əliyevi təbrik etdi

Dekabrın 24-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ad günüdür. Ölkə başçısının 61 yaşı tamam olur.

Bu münasibətlə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Prezident İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edirəm. Ona uzun ömür, can sağlığı arzu edirəm. İlham Əliyev dəyanətli, xalqının yanında olan bir Prezidentdir. O eyni zamanda dəmir yumruğu ilə də tanınan liderdir. Buna görə də cənab Prezidentə möhkəm yumruq və yumruğunun gücünü bir az da ağırlaşdırmağı arzu edirəm. Xalqa etdiyi xidmətləri axıra qədər davam etdirməyi arzulayıram. Allah İlham Əliyevə can sağlığı versin. Uğurlarının daha bol olması diləyi ilə bir daha səmimi qəlbdən təbrik edirəm!

Mən cənab Prezident İlham Əliyevin həm daxili, həm də xarici siyasətini normal hesab edirəm. Düşünürəm  ki, onun ölkə siyasətində böyük xidmətləri var. Amma İlham Əliyevin ətrafı onun daxili və xarici siyasətinə böyük kölgə salır. Buna baxmayaraq Prezident çətinliklə də olsa, tək olsa da, bütün işləri görür. Ona həm ideoloji, həm də siyasi baxımdan kömək lazımdır. Buna görə də bizlər də onun ətrafındayıq”.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər - Anbaan video

Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ən çox oxunanalar