Konqresin xüsusi komitəsi Kapitoliyə olan hücuma görə Trampa qarşı ittiham irəli sürülməsini tövsiyə edib…
ABŞ Nümayəndələr Palatasının Xüsusi Komitəsi 2021-ci il yanvarın 6-da Kapitoliyə hücuma görə keçmiş prezident Donald Trampa qarşı cinayət ittihamı irəli sürmək tövsiyəsi ilə Ədliyyə Departamentinə müraciət edib
PİA.az xəbər verir ki, komitənin iclası ABC kanalı tərəfindən yayımlanıb.
Konqresmenlər hesab edirlər ki, Tramp hakimiyyətini qorumaq üçün “qiyama təhrik və ya təşviq etməklə” məşğul olub. Keçmiş dövlət başçısı rəsmi prosedurlara mane olmaqda, hökuməti aldatmaq üçün sui-qəsddə və yalan məlumat verməkdə də ittiham edilib.
ABC telekanalı iclasdan sonra bildirib ki, ABŞ Nümayəndələr Palatasının Xüsusi Komitəsi Ədliyyə Departamentinə 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumla əlaqədar keçmiş prezident Donald Trampa qarşı cinayət işi qaldırmağı tövsiyə edib.
Qeyd olunur ki, bu tövsiyə dövlət ittihamçılarını konkret tədbirlər görməyə məcbur etmir. Jurnalistlər son qərarı prokurorların verəcəyini vurğulayırlar.
Qeyd edək ki, bir müddət əvvəl Donald Tramp ABŞ Ədliyyə Nazirliyini korrupsiyada ittiham etmişdi. Sabiq prezident həmçinin yeni xüsusi prokuror Cek Smitə 2021-ci ildə Kapitoliyada baş verən iğtişaşların səbəblərini araşdırmaq icazəsinin veriləcəyinə şübhə ilə yanaşıb. Trampın bildirib ki, 2020-ci il seçkilərinin korrusiyalaşması səbindən Co Bayden qalib gəlib.
pia.az