Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qref və Nabiullina Putini müharibədən çəkindirməyə çalışıblar

Rusiya hökümətində texnokratlar kimi tanınan Qerman Qref və Elvira Naibullina Putinlə şəxsi görüş istəyiblər və “sərt sanksiyalar”ın nəticələri haqqında prezidentlə təqdimat hazırlayıblar.

PİA.az xəbər verir ki, belə bir məlumatla Financial Times çıxış edib.

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən bir ay əvvəl “Sberbank”ın rəhbəri German Qref və Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina Putinlə görüşməyi xahiş ediblər. Onlar Ukraynadakı gərginliyin mümkün fəlakətli nəticələri ilə bağlı prezidentə hesabat təqdim ediblər, deyə Financial Times mənbələrə istinadən yazır.

Qəzetin yazdığına görə, Qref 39 səhifəlik təqdimatla “sərt sanksiyalar”ın nəticələrini təsvir edib: iki il ərzində ÜDM-in dollar ifadəsində 30%-ə düşməsi, əsas faiz dərəcəsinin 35%-ə yüksəldilməsi, real gəlirlərin 20% azalması… Qəzet yazır ki, Nabiullina hesabatı yazmağa Qrefə kömək edib.

Hesabatı yazarkən Qref və Nabiullina Putinin DXR və LXR deyilənləri tanıyacağından qorxublar.

Qrefin təqdimatından sonra Putin Rusiyanın daha pis sanksiyaların qarşısını almaq üçün nə etməli olduğunu soruşub. FT yazır ki, bununla belə, iqtisadçılar prezidentə hərbi təcavüz halında geosiyasi fəlakətin qaçılmaz olduğunu deməyə cəsarət etməyiblər

“Qref və Nabiullina bir vaxtlar Putin hakimiyyətinin texnokrat təmsilçiləri olaraq, “güc” nazirliklərinə qarşı islahatçı tarazlığı təmin edirdilər. Onlar Putinin ishatçı üzünü təmsil edirdilər. Lakin nəticə olaraq öz inançlarını sona qədər müdafiə edə bilmədilər. Buna cəsarətləri çatmadı”, deyə qəzet yazır.

Mənbələr bildirirlər ki, Ukraynanın genişmiqyaslı işğalı texnokratları şoka salıb:

Rusiyanın Ukraynaya bu şəkildə müdaxiləsi ilə bağlı heç kimin ssenarisi yox idi. Dövlət şirkətləri və bank sistemi üçün stress testləri var idi, lakin heç kim tammiqyaslı hərbi toqquşma, ehtiyatların dondurulması və bu cür sanksiyaların olacağını gözləmirdi”, deyə Mərkəzi Bankın keçmiş işçilərindən biri bildirib.

Qəzetin həmsöhbətlərinin fikrincə, sanksiyalar Rusiyanı dünya bazarlarından çıxarıldıqdan sonra “Qrefin qurduğu hər şey məhv edilib”.

“Mən Qrefi belə görməmişdim. O, tamamilə bitmiş, tam şok vəziyyətində idi. Hər kəs bunun bir fəlakət olduğunu düşünürdü, amma Qref hamıdan çox bunu hiss edirdi”, deyə Qrefi müharibənin ilk günlərində görən keçmiş yüksək vəzifəli “Sberbank” əməkdaşı deyib.

Nabiullina isə iclaslarda tamamilə qara rəngəli paltarda görünməyə başlayıb. Lakin o, Mərkəzi Bankın işçilərini sıravi ruslara müharibənin maliyyə sarsıntılarından sağ çıxmağa kömək etmək üçün vəzifələrində qalmağa çağırıb. Ona yaxın mənbələrə görə, Mərkəzi Bankın rəhbəri olaraq, o, bunu öz missiyasının vacib hissəsi kimi görür.

Oliqarx lobbisi isə Naibullinanı “güc nazirliklərinin sevimlisi olan qatı millətçi və sui-qəsd nəzəriyyəçisi” Sergey Qlazyevlə əvəz etməkdə israr edirdi.

“Qlazyev gəlsəydi, rubl kağıza belə çap olunmayacaqdı. Onlar sadəcə pul əvəzinə taxta parçaları verməli olacaddıqlar”, deyə Financial Times-ın həmsöhbətlərdən biri deyib.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Ən çox oxunanalar