Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin Hindistana qarşı hərbi təcavüzə cəhd edib

Hindistanın Müdafiə Nazirliyi Çinin hərbi təcavüzünün qarşısının alındığını açıqlayıb…

Müdafiə naziri Racnath Sinqh bildirib ki, Hindistan ordusu Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) hərbi təcavüz cəhdini dəf edib.

PİA.az xəbər verir ki, bu barədə Hindustan Times qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, qarşıdurma dekabrın 9-da Arunaçal Pradeş ştatının Tavanq şəhərində Hindistan-Çin sərhədində baş verib.

Sinqhin sözlərinə görə, Çin qoşunları Hindistan ərazisinə girməyə və “status-kvonu dəyişdirməyə” çalışırıblar.

“Bu cəhdin qarşısı qoşunlarımız tərəfindən qətiyyətlə alındı. Hərbçilərimiz cəsarətlə Çin ordusunun ərazimizə təcavüzünü dayandırdı və onları öz mövqelərinə qayıtmağa məcbur etdi” müdafiə naziri Hindistan parlamentində çıxış edərkən deyib.

Sinqh hər iki tərəfdən bir neçə əsgərin yaralandığını da bildirib: “Vurğulamaq istərdim ki, əsgərlərimizdən heç biri ölməyib və ya ağır yaralanmayıb”. Nazirin sözlərinə görə, Dehli və Pekin diplomatik kanallar vasitəsilə insidenti müzakirə ediblər.

Xatırladaq ki, bir gün əvvəl “The Hindu” qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, sərhəddə toqquşmalar zamanı bir neçə Hindistan və Çin əsgəri yaralanıb.

Qeyd edək ki, iki ölkə arasında faktiki nəzarət xətti uzunluğu 4 min km-dən çox olan demarkasiya xəttidir. Bu sərhəd 1962-ci ildə Hindistan və Çin arasındakı sərhəd müharibəsindən sonra təsdiq edilib. Hindistan Pekinin nəzarətində olan Aksai Çin bölgəsinə (Tibet yaylasının bir hissəsi) iddia edir. Pekin isə iddia edir ki, Yeni Dehlinin nəzarəti altında olan Arunaçal Pradeş ərazisi Çinə aiddir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər

Ərdoğan: Yaxın Şərqdə hiyləgər planlar işə düşüb

“Ofisait” mağazalar şəbəkəsinin sahibinin cərimələnməsinin səbəbi açıqlandı

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb

AYNA: Azərbaycan-Rusiya sərhədində 350 avtomobil gözləyir

Ən çox oxunanalar