Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan İstiqlal muzeyində 9 dekabr tarixində “Narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi.

PİA.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Elmi-kütləvi işlər şöbəsinin müdiri Əskərova Şövkət bəşəriyyətin bəlası olan narkomaniyaya qarşı mübarizədən, xüsusilə gənc və yeniyetmələr arasında ciddi təhlükəyə çevrilən narkomaniyaya qarşı ölkəmizdə həyata keçirilən dövlət siyasətindən ətraflı bəhs etdi.

Bildirildi ki, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri də xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsidir.

Tədbirdə Nur İnkişaf mərkəzinin pedaqoq, psixoloqu Ayşən Səmədova narkotizmlə mübarizədə müasir metodlar, eləcə də narkomaniyaya qarşı psixoloji, sosial və tibbi mübarizə metodları barədə ətraflı çıxış etdi.
Tədbirdə Bakı Biznes və Kooperasiya Kolleci və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya kollecinin tələbələri iştirak etdilər.

Sonda qonaqlar Azərbaycan İstiqlal muzeyinin ekspozisiyası, eləcə də 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə yüksələn şəhid polkovnik-leytenant Cəfərov Zaur, leytenant Nağıyev Murad, əsgər Əsədli Əsəd, Qəhrəmanov Orxan, Hacıyev Sayad, Cabbarzadə Cavidə məxsus, muzeyin fondlarında qorunub saxlanılan 60-a müxtəlif şəxsi əşyaların, hərbi geyimlərin, sənədlərin və fotoşəkillərin nümayiş olunduğu sərgi ilə tanış oldular.

Fotolar

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Ən çox oxunanalar