Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Perunun həbsdə olan keçmiş prezidenti Meksikadan sığınacaq istəyib

Peru və Meksika indi keçmiş Peru liderinin taleyi ilə bağlı danışıqlar aparır...

Meksika hökuməti Perunun keçmiş prezidenti Pedro Kastilonun sığınacaq istəyi ilə bağlı Peru hakimiyyəti ilə danışıqlar aparır. Bu həftə hakimiyyətdən uzaqlaşdırılan siyasətçini hazırda həbsxanadadır.

PİA.az xarici mətbuata əsasən xəbər verir ki, bu barədə Meksikanın “Axios” qəzeti hökümət rəsmilərinə istinadən yazıb.

Xəbərdə bildirilir ki, Meksikanın xarici işlər naziri Marselo Ebrard Tvitter hesabında Kastillonun Meksika prezidenti Andres Manuel Lopez Obradora Meksikadan sığınacaq istəməsi üçün qanuni müraciətinin surətini yayıb. Sənəd dekabrın 7-də imzalanıb.

Castillonun vəkili vasitəsilə çatdırdığı müraciətində Perunun keçmiş prezidenti vətənində qalarsa “ciddi risk altında” olduğunu bildirib. Məktubda Kastillo Meksika prezidentini “məhkəmə orqanlarının əsassız təqiblərinə” görə, sığınacaq verilməsi üçün Peru höküməti ilə danışıqlar aparmağa çağırıb.

Ebrard həmçinin Twitter-də təsdiqləyib ki, Peru və Meksika indi keçmiş Peru liderinin taleyi ilə bağlı danışıqlar aparır. Meksikanın Perudakı səfiri Pablo Monroy Limada Kastillo ilə görüşüb.

Pedro Kastilonun hakimiyyətdən kənarlaşdırılması

Dekabrın 8-də Kastillo ilk dəfə məhkəmə qarşısına çıxıb. 53 yaşlı keçmiş məktəb müəllimi “dövlət hakmiyyətinə qarşı qiyam və sui-qəsd” maddəsi ittiham edilib. Sabiq prezident ittihamı rədd edib.

Reuters xəbər verir ki, prokurorlar ona qarşı ittihamları araşdırarkən eks-prezident bir həftə həbsdə qalacaq. BBC isə qeyd edir ki, 2020-ci ildə Perunun beş gün ərzində üç prezidenti olub.

Reuters xəbər verir ki, dekabrın 8-də Kastillo tərəfdarları ölkə boyu nümayişlər keçiriblər. Aksiyalar zamanı polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Le Monde isə yazır ki, Obrador Kastilloya sığınacaq verməyə hazır idi, lakin devrilmiş prezident Meksikanın Limadakı səfirliyinə çatmamış həbs edilib.

Qeyd edək ki, dekabrın 7-də Kastillo Perunun prezidenti kimi onun impiçmenti məsələsi müzakirə edən parlamentin buraxıldığını elan edib. Buna cavab olaraq Konqres Kastillonun hakimiyyətdən uzaqlaşdırılmasına səs verib və Meksika səfirliyində gizlənmək cəhdi zamanı o, həbs edilib.

Dekabrın 7-də axşam saatlarında Kastillo Limadakı Barbadillo polis həbsxanasına köçürülüb. Həmin həbsxanada Perunun rüşvətxorluqda ittiham olunaraq həbs edilən başqa bir sabiq prezidenti Alberto Fuksimori də cəza çəkir. Le Monde qeyd edir ki, onların taleyi oxşardır: Fuksimori 2000-ci ildə Konqres tərəfindən devrilib.

Kastilonun həbsindən bir neçə saat sonra hakimiyyət vitse-prezident Dina Boluarteyə keçib. Boluarte Peru respublikasına rəhbərlik edən ilk qadın olub. AP xəbər verir ki, and içdikdən sonra Perunun yeni prezidenti erkən seçkilər keçirməyəcəyini bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - Sərəncam

Ən çox oxunanalar