Həkimlər Caonun yuxusuzluq və soyuğa görə üzünün iflici olduğunu bildiriblər...
PİA.az “The Daily Star” qəzetinə istinadən xəbər verir ki, Çinin Uhan şəhərində yaşayan Cao adlı şəxs 2022-ci il Dünya Çempionatının oyunlarını fasiləsiz izləmək üçün günlərlə yuxusuz qaldıqdan sonra üz iflici olub.
Xəbərə görə, Çinin Uhan şəhərində yaşayan 26 yaşlı Cao adlı gəncin dünya çempionatında hər qrup matçını izləmək üçün gündə iki saat yuxu ilə yaşadığı bildirilib.
Dünya çempionatının oyunlarının Çində saat 18.00 və 06.00-da yayımlandığı və Caonun hər səhər matçlara baxdıqdan sonra işə getdiyi bildirilib. Cao səhər saat 8:00-da iş üçün evdən çıxmazdan əvvəl cəmi iki saat yatıb.
Narahatlığından danışan Cao: “Matça baxdıqdan sonra iki saat yatdım və oyananda özümü çox yorğun hiss etdim. Yuxusuz olduğumu düşündüyüm üçün vəziyyətdən asılı olmayaraq, günümə davam etdim. Motorsiklet sürərkən soyuq havadan dodaqlarım birdən yan əyildi və göz qapaqlarımı tərpədə bilmədim”, deyə bildirib.
Vəziyyəti yaxşılaşmayan Cao xəstəxanaya gedib. Həkimlər Caoya üz iflici diaqnozu qoyub və izah ediblər ki, onun yuxusuzluğu soyuq mehlə birləşərək üzünün yarısının fəaliyyətini itirməsinə səbəb olub.
pia.az