Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahibə Qafarova: "Geri qayıtmış məcburi köçkünlərin həyatı ciddi təhlükə altındadır"

Hazırda qadın və uşaqlar da daxil olmaqla geri qayıtmış məcburi köçkünlərin həyatı ciddi təhlükə altındadır...

PİA.az xəbər verir ki, bunu Kamboca Krallığında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Pnompendə keçirilən ASEAN Parlamentlərarası Assambleyasının Qadın Parlamentarilərinin görüşündə deyib.

S.Qafarova Azərbaycanın 2020-ci ildə öz torpaqlarını erməni işğalından azad etməsindən sonra həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa işləri barədə məlumat verib. O, bildirib ki, keçmiş məcburi köçkün ailələri artıq evlərinə qayıtmağa başlayıblar. Lakin Ermənistanın bu ərazilərdə basdırdığı çoxlu sayda mina bu prosesə ciddi maneədir.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, iki il əvvəl müharibə başa çatandan sonra mina partlayışları nəticəsində, təxminən 270 azərbaycanlı həlak olub və ya ağır yaralanıb:

"Mina problemi normal həyatlarını davam etdirməyə çalışan qadınlarımız üçün böyük bir sınaqdır".

Milli Məclisin sədri deyib ki, bu məsələ qadınlar, sülh və təhlükəsizlik haqqında qlobal gündəlikdə diqqətdə saxlanılmalıdır.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Ən çox oxunanalar