Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kamran Həsənli: “Ermənilər həmişə bizə məxsus ən yaxşı nümunələri oğurlayıblar”

"Ermənilər həmişə bizə məxsus ən yaxşı nümunələri oğurlayıblar"...

“Report” xəbər verir ki, bunu tanınmış azərbaycanlı teleaparıcı və şoumen Kamran Həsənli “Danışaq” podkastında Həmid Həmidova müsahibəsində deyib.

“Tarix göstərir ki, ermənilər əla oğru və pis əsgərdirlər. Onlar oğrudur. Bütün yeməklərini və musiqilərini bizdən oğurlamaqla bizə çox oxşar olublar. Buna görə bəlkə də biz ən bənzər millətlərik",- o bildirib.

Onun sözlərinə görə, ermənilər torpaqlarımıza köçürüldükləri üçün yeganə çıxış yolları Azərbaycan mədəniyyətini oğurlamaq olub: "Eyni zamanda, tarix göstərir ki, ermənilər vuruşmağı bacarmırlar. Onlar bəyəm döyüşçülərdir?! Tarixə baxsanız, bir dənə də olsun erməni sərkərdə tapa bilməzsiniz. Amma bütün məşhur türk sərkərdələrini sadalamağa başlasanız azı iki gün vaxtınız gedər”.

K.Həsənli Azərbaycanda mədəniyyətin inkişafına da toxunub və Yazıçılar Birliyinin oktyabr ayında keçirilmiş qurultayını tənqid edib: "Bizə bu gün Yazıçılar İttifaqı kimi birliklər lazım deyil. Bunların hamısı sovet dövrünün qalıqlarıdır”.

Tanınmış şoumen sənət adamlarının azad olmasının kommunist rejiminə sərf etmədiyi üçün “fəxri adların” verildiyini və hazırda buna ehtiyac olmadığını vurğulayıb.

Müsahibə zamanı azərbaycanlı teleaparıcı və şoumen televiziyanın hazırkı durumu, türk millətçiliyi, musiqi, kino, jurnalistikanın səviyyəsi və bir çox digər məsələlərlə bağlı fikirlərini də bölüşüb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

İlham Əliyev və Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsini ehtiramla anıblar

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Ən çox oxunanalar