Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının mərkəzində 14 yaşlı qız diləndirilir?

Bakıda dilənçi qadın 14 yaşlı qızı istismar edir...

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

O bildirib ki, qızın anası bir neçə ay əvvəl dünyasını dəyişib:

“Uşağın başına gələnlər sağlamlığında da bir sıra problemlərə səbəb olub. Bundan sonra qız bir müddət dayısı və digər qohumların himayəsində olub. Dayılarının arvadları da uşağa bir o qədər qayğı ilə yanaşmayıblar. Təhsili o məktəbdən bu məktəbə köçürülməklə davam edib. 5-ci sinfə qədər bir məktəbdə təhsilini davam etdirmədiyi üçün təhsili yarımçıq qalıb. Bu arada qızın dayısı həbs olunub, uşağın başqa havadarları peyda olub. Biri yüngül həyat tərzi sürən qadın olub. O qadınla yaşadığı dövrə uşaq böyük bir “qıfıl” vurub. Ardınca isə daha maraqlı bir himayədar peyda olub.

Bu isə xüsusi qayğıya ehtiyacı olan bir qadındır. Əlil arabasındadır, özünü idarə edə bilmir və danışığında qüsurlar olduğundan fikrini tam sərbəst izah edə bilmir. Amma maraqlı məqam nədir? Qadın sosial müəssisəyə yerləşmək istəmir, bunu onun qohumları da istəmir. Qadın şəhərin mərkəzində kirayə ev tutub. Qohumlarına maddi dəstək olur, yəni faizə pul verir, rəfiqəsi də var. Ona da pul verir. Yaxşı bu pullar haradan qazanılır? Bax, o zaman qızcığazın dəyəri məlum olur. Əlil arabasında Nizami küçəsində onu gəzdirən bu qızcığazdır. Əlil arabasında oturan qadına görə ürəyi ağrıyan insanlardan sədəqə toplayan bu qızcığazdır. Bu toplanan pulu alan əlil arabasındakı qayğıya ehtiyacı olan qadındır. Bu pullardan qohumlarına faiz verir.

Bazarlığı edən isə tamam başqa adamlardır. Qızcığaz onu çox sevir. Çünki onu ac qoymayıb, yemək alıb, geyim alıb, uşağın tək dilənməyinə razı olmayıb, ancaq özünün dilənməyinə razı olub, qazancın nə qədər olduğunu qızcığaz bilməyib. Uşaq deyir ki, heç vaxt yanımda pul saymazdı, arxa otağa keçib sayardı, amma bilirdim ki, olduqca çox puldur. Hə, bu arada, bu qızcığazın sənədlərini də əlil arabasında olan qadın hansısa səbəbdən tanışlarından birinə verib, uşaq sənədsizdir”.

pia.az


Etiket: dilənçi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İstanbulda qol dueli: “Beşiktaş” son saniyələrdə sevindi - Video

Ən çox oxunanalar