Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib - Yenilənib

Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin Şuşaya planlaşdırılan səfərini alqışladığını bildirib...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktayı qəbul edib.

Vitse-prezident Fuat Oktay Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Söhbət zamanı Şuşa Bəyannaməsinin önəmi vurğulandı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə sonuncu səfəri və həmin səfər çərçivəsində ZəngilanCəbrayıl şəhərlərində mühüm obyektlərin açılışlarında iştirakı məmnunluqla qeyd edildi. Rəcəb Tayyib Ərdoğan ilə iki gün əvvəl telefon danışığını xatırladan dövlətimizin başçısı Türkiyənin elektromobil istehsalına başlamasını qardaş ölkə sənayesinin növbəti uğuru kimi dəyərləndirdi.

Görüşdə nəqliyyat əlaqələrinin inkişafı baxımından Zəngəzur dəhlizinin əhəmiyyəti qeyd olundu. Azərbaycanın Türkiyə iqtisadiyyatına 20 milyard dollardan artıq investisiya yatırmasının önəmi xüsusi olaraq vurğulandı, ticarət dövriyyəsinin artdığı, energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. Qaz ixracı məsələsinə toxunularaq Cənub Qaz Dəhlizinin əhəmiyyəti qeyd edildi, bu dəhlizin ixrac imkanlarının genişləndirilməsinin önəmi vurğulandı.

Görüşdə, eyni zamanda, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin Şuşaya planlaşdırılan səfərini alqışladığını bildirdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı qəbul edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Moskvada “9 May” qələbə günü münasibətilə hərbi parad keçirilib - Canlı yayım

Ən çox oxunanalar