Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvanda gənc zabitlər ordudan niyə imtina edir? – Təəfərrüat

Hərbi qulluqlarını yarıda kəsməyə məcbur olan bu zabitlərin əksəriyyəti hazırda 200-300 manatla dolanırlar...

“Naxçıvan MR-da 2021-ci ildə 173, bu il isə 160-dan çox gənc zabit ehtiyata buraxılıb. Onların əksəriyyəti Kərəm Mustafayevin zülmündən bu addımı atmağa məcbur olub”.

Bu barədə jurnalist Heydər Oğuz məlumat verib.

Onun sözlərinə görə, Naxçıvanda ehtiyata buraxılan zabitlər əslində 6 il orda xidmət etməli imişlər. Amma Kərəm Mustafayev onları özünün köləsi hesab etdiyindən bu hüquqlarını tanımayıb və zorla öz vəzifələrində saxlayıb:

“Psixoloji basqılara, xidmətin ağırlığına, maaşlarının kəsilməsinə və s. kimi qanunsuzluqlara dözə bilməyən zabitlər vaxtından əvvəl ehtiyata buraxılmaq barədə ərizə yazmalı olublar. Ehtiyata buraxıldıqdan sonra Azərbaycanın digər rayonlarında da işə götürülməyiblər. Çünki Naxçıvanın yazılmamış qanunları var: Muxtar Respublikada işdən çıxan və ya çıxarılan heç məmur Azərbaycanın digər rayonlarında işlə təmin oluna bilməzlər.

Bildirilir ki, hərbi qanunvericilikdə 3 cür xidmət nəzərdə tutulur: həqiqi hərbi xidmət, ehtiyata çıxmaq və istefa.

İstefaya çıxmaq yaşla və ya səhhətlə əlaqədar olur. Hərbi qulluqçunun yaşı keçərsə və ya səhhətində hər hansı problemlər yaranarsa, istefaya göndərilir. Onlar hərbi xidmətə yararsız hesab olunurlar və müharibə şəraitində belə bu hərbçilər səfərbərliyə alınmırlar.

Ehtiyata buraxılan hərbi qulluqçular isə ən azı 10 il xidmət göstərməlidirlər. 10 il xidmət göstərdikdən sonra işdən ayrılmaq istəyənlər ehtiyata buraxılır və lazım gələrsə, onlar yenidən hərbi xidmətə çağırılırlar. Naxçıvanda son iki ildə ehtiyata buraxılan hərbçilər də bu katerqoriyaya aiddirlər. Əksəriyyəti 40 yaş civarında olan hərbçilərdir və yüksək döyüş qabiliyyətinə malikdirlər. Amma indidən təxris olunublar.

Hərbi qulluqlarını yarıda kəsməyə məcbur olan bu zabitlərin əksəriyyəti hazırda 200-300 manatla dolanırlar”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Ən çox oxunanalar