Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əgər 203 min manatdan Çingiz müəllimə bir şey qalmayıbsa...” - AYB-nin katibinin jurnalistə qarşı davranışına reaksiya

AYB-nin qurultayında Çingiz Abdullayev qurultayın xərcləri ilə bağlı sual verən jurnalisti təhqir edib...

Aqil Ələsgər: “Əgər Çingiz müəllimin üslubu budursa, həm Yazıçılar Birliyi, həm də onun oxucuları adına çox üzülürəm”.

Tural Turan: “Mətbuat Şurasının sədri Rəşad Məcidin Çingiz müəllimi müdafiə etməsi və təhqirə məruz qalan jurnalistin üstünə gəlməsi yolverilməzdir”.

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayev jurnalistlərə açıqlamasında AYB-nin XIII qurultayı üçün ayırılan 203 min manatın hara xərclənməsi barədə suala cavab verərkən deyib ki, bu qədər adama bilet almışıq, buranın icarə haqqını ödəmişik. Qonaqları mehmanxanaya yerləşdirmişik, kitab çap eləmişik. Bəs bunlar xərc deyil? Bu sözü məndən soruşmağa utanmırsan?

Eyni zamanda Çingiz Abdullayev jurnalistə bildirib ki, neçə gündür burada qalanların mehmanxana pulu, yeyib-içmək pulu, rayonlardan gələnlərin yolpulu... İçəri girəndə posterlərə baxmamısız? Başa düşürsünüz? Utanmırsınız, Xalq yazıçısıdan soruşursunuz pullar hanı? Ölmürsən?.

Qeyd edək ki, xalq yazıçısının bu üslubu ictimaiyyət arasında heç də bir mənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bir çoxları Çingiz Abdullayevin jurnalistə verdiyi bu cavab qınaqla qarşılanıb və bir çoxları Azərbaycan dilində belə normal qaydada danışa bilməyən AYB-nin sədr müavinin bu davranışını sadəcə “tərbiyəsizlik” olaraq dəyərləndirib.

Bir xalq yazıçısının və AYB-nin sədr müvinin və Azərbaycanın ziyalı elitasının xas simalarından biri olan Çingiz Abdullayevin jurnalistə qarşı belə davranışını necə dəyərləndirmək olar və bu məsələdə jurnalistin hər hansı bir qeyri-peşəkar və kobud davranış tərzi varmı?

Mövzunu PİA az-ın əməkdaşı “Yeni Çağ” Media Qrupunun rəhbəri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər və şair-publisist, Prezident mükafatçısı Tural Turan ilə müzakirə edib.

Aqil Ələsgər: “Əgər 203 mindən Çingiz müəllimə bir şey qalmayıbsa və buna görə əsəbləşibsə, bu artıq Anarla onun öz məsələsidir”.

Jurnalisti qınamaqdan, ona sual verməyi öyrətməkdənsə, insanlar, xüsusən də ziyalı kəsimin özlərinə baxmalı, özlərinə çəki-düzən verməli olduğunu düşünən Aqil Ələsgər PİA.az-a açıqlamasında bildirib ki, dünən yaşananlar həm Azərbaycan ədəbiyyatı, həm Azərbaycan mədəniyyəti üçün utancverici haldır. Xüsusən ziyalı elitanın bu tip yanaşması və belə bir ritorika nümayiş etdirməsi heç də cəmiyyətimiz adına xoş bir hal deyil:

“Dünən AYB qurultayında yaşananlar Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün utancverici haldır. Xüsusən ziyalı elitanın bu tip yanaşması və belə bir ritorika nümayiş etdirməsi heç də cəmiyyətimiz adına xoş bir hal deyil.

Hesab edirəm ki, jurnalistin hansı tonda açıqlama almasından asılı olmayaraq qarşı tərəf öz üslubunu qorumalı idi. Çünki Çingiz Abdullayev həm Azərbaycan ədəbiyyatının, həm də Azərbaycan mədəniyyətinin ölkəmizdə və ölkəmizdən kənarda təmsilçilərindən biridir. Əgər Çingiz müəllimin üslubu budursa, həm Yazıçılar Birliyi, həm də onun oxucuları adına çox üzülürəm. Çox təəssüf! Çingiz müəllim bu şəkildə açıqlama verməməli və belə ritorika sərgiləməmli idi.

Aqil Ələsgər: “Azərbaycanın bir xalq yazıçısı və elitar ziyalısı da şəffaflıqdan qaçırsa, bu barədə suala görə jurnalisti qınayırsa, onda demək ki, problem daha dərindədir”.

Onu da qeyd edim ki, jurnalistin sualından Çingiz müəllimi əsəbləşdirəcək heç bir məqam yox idi. Əgər 203 mindən Çingiz müəllimə bir vəsait qalmayıbsa və buna görə əsəbləşibsə, bu artıq Anarla onun öz məsələsidir.

Azərbaycanın bir xalq yazıçısı və elitar ziyalısı da şəffaflıqdan qaçırsa, bu barədə suala görə jurnalisti qınayırsa, onda demək ki, problem daha dərindədir. Buna görə də jurnalisti qınamaqdan, ona sual verməyi öyrətməkdənsə, insanlar, xüsusən də ziyalı kəsimin özlərinə baxmalı, özlərinə çəki-düzən verməlidirlər. Bu həm Azərbaycan ədəbiyyatı, həm Azərbaycan mətbuatı, ümumilikdə isə cəmiyyətimiz üçün daha faydalı olar”.

Tural Turan: “Düşünürəm ki, DTX tezliklə AYB-nin də qapısını döyməlidir. DTX araşdırmalıdır ki, AYB-də dövlətin pulları hara xərclənir”.

Bu addımı bir daha həmin şəxslərin vəzifələrdə təsadüfi olduğunun göstəricisi kimi qiymətləndirən gənc yazar PİA.az-a açıqlamsında qeyd edib ki, ən azından onlar etik davranış qaydalarına riayət etmirlər, ya da həmin davranış qaydalarından xəbərləri yoxdur:

“Bütün jurnalistlər istənilən sualı istənilən şəxsə etik qaydada verməli və etik qaydada da cavab almalıdırlar. Yəni qayda-qanun bu cürdür. Bir cəmiyyətin doğru yolda yürüyə bilməsi üçünsə şəffalıq əsas göstəricidir. İllərdir deyirik ki, AYB-də proseslər şəffaf keçirilmir. Mən yeddi il AYB üzvü olmuşam və orada şəffaflıq adına heç bir şey görməmişəm.

AYB-yə çayxanadan adam gətirib, adını prezident təqaüdünə yazırlar. Eyni zamanda Prezidentin bu quruma ayırdığı vəsaitlərin hesabatı heç zaman verilməyib. Bilmək o pullar hara və nə üçün xərclənir. Heç AYB-nin üzvlərinə də məlum deyil ki, həmin pullar haraya xərclənib. Bu da AYB-də pulların mənimsənilməsi ilə bağlı əsaslı şübhələr yaradır. Bəlkə elə AYB rəhbərliyinin ailə məsələrinə gedir bu pullar? Hər halda belə düşünənlər də var. Ona görə də yaxşı olardı ki, AYB hesablı və şəffaf olsun.

Tural Turan: “Çingiz müəllim xalq yazıçısı adına yaraşmayan hərəkət edib. Hətta Çingiz müəllimin jurnalistə qarşı etdiyi hərəkət çox səhv, yalnış hərəkət idi”.

Düşünürəm ki, DTX tezliklə AYB-nin də qapısını döyməlidir. DTX araşdırmalıdır ki, AYB-də dövlətin pulları hara xərclənir. Nəticə də ictimaiyyətə elan olunmalıdır. Çünki AYP qeyri hökumət təşkilatı olsa da, dövlət tərəfindən maliyyələşən qurumdur. O quruma ayrılan pullar da xalqın pullarıdır. Bu hesabat da olmalıdır.

Konkret dünənki hadisəyə gəlincə isə deməliyəm ki, Çingiz müəllim xalq yazıçısı adına yaraşmayan hərəkət edib. Hətta Çingiz müəllimin jurnalistə qarşı etdiyi hərəkət çox səhv, yalnış hərəkət idi. Mətbuat Şurasının sədri Rəşad Məcidin Çingiz müəllimi müdafiə etməsi və təhqirə məruz qalan jurnalistin üstünə getməsi isə yolverilməzdir.

Ən azından Çingiz Abdullayev bir yazıçı, və ziyalı olaraq etik davranış qaydalarına riayət etməli idi. Hətta jurnalistin sualı etik olmasa belə. Halbuki jurnalist Çingiz müəllimə şəffaf hesabatlılıqla bağlı bir sual ünvanlamışdı və xalq yazıçısının bu suala reaksiyası nə AYB-nin, nə də nə də bir ziyalının statusu ilə üst-üstə düşmədi”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Rusiya Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirib Ermənistandakı mövqelərini bərpa edə biləcəkmi?

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər - Anbaan video

Ən çox oxunanalar